"Xocavənd əməliyyatı” şəhidlərinin məzarları ziyarət olunub
II Fəxri xiyabanda 1997-ci il “Xocavənd əməliyyatı” şəhidlərinin (kəşfiyyatçıların) məzarları ziyarət olunub.
"Sizinxeber.az" xəbər verir ki, ziyarətçilər arasında media, eləcə də ictimaiyyət nümayəndələri və onların ailə üzvləri iştirak ediblər.
Xatırladaq ki, 1997-ci il aprelin 7-də Azərbaycanın iki kəşfiyyat qrupu xüsusi tapşırıqla Xocavənd rayonu ərazisinə göndərilib.
Əməliyyatın məqsədi Ermənistan ordusunun Xocavənd rayonunda dislokasiya yerlərinin müəyyən edilməsi, düşmənin canlı qüvvəsi, malik olduğu döyüş texnikaları haqqında məlumatların toplanması, hərbi eşalonlarında istehkam-mühəndis hazırlığının hansı vəziyyətdə olduğunun öyrənilməsi olub.
Əməliyyat zamanı Azərbaycan Ordusunun 7 hərbçisi əsir düşməmək üçün özlərini partladaraq şəhid olublar, 1 nəfər isə əsir götürülüb. Əsir götürülən hərbi qulluqçu 1999-cu ilin mart ayında Azərbaycana qaytarılıb.
Şəhid olan hərbçilər II Fəxri xiyabanda dəfn olunub. Mərhum Prezident Heydər Əliyevin Fərmanı ilə şəhid olan hərbi qulluqçular "Azərbaycan Bayrağı" ordeni ilə (ölümündən sonra) təltif ediliblər.
Oxşar xəbərlər
"Xocavənd əməliyyatı" keçirilən ərazidə şəhid olan kəşfiyyatçıların xatirəsi anılıb - FOTO
Antiterror əməliyyatı zamanı şəhid olan hərbi qulluqçuların məzarları ziyarət olunub
İkinci Fəxri Xiyabanda şəhidlərin məzarları ziyarət olunur
Antiterror əməliyyatı zamanı şəhid olan hərbi qulluqçuların məzarları ziyarət olunub - FOTO - YENİLƏNİB
Yaralı hərbçimiz şəhid oldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













