Hərbi kolleclərdə orta ixtisas təhsilini başa vuran kursantlara "miçman" rütbəsi də veriləcək
sizinxeber.az xəbər saytı

Hərbi kolleclərdə orta ixtisas təhsilini başa vuran kursantlara "miçman" rütbəsi də veriləcək


“Azərbaycan Respublikası Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyində Bakı Hərbi Kollecinin, Gəncə Hərbi Kollecinin və Naxçıvan Hərbi Kollecinin yaradılması haqqında" qərara dəyişiklik edilib.

Sizinxeber.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, Kolleclərdə orta ixtisas təhsilini başa vuran kursantlara artıq miçman hərbi rütbəsi də veriləcək. İndiyə qədər kolleclərdə orta ixtisas təhsilini başa vuran kursantlara “subbakalavr” peşə ixtisas dərəcəsi, “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə elektron sənəd formasında yaradılan təhsil haqqında dövlət sənədi - diplom və Universitet tərəfindən döş nişanı, habelə hərbi-uçot ixtisasları üzrə 3-cü məharət dərəcəsi və sertifikat, eləcə də müdafiə nazirinin əmri ilə “gizir” hərbi rütbəsi verilirdi.

Oxşar xəbərlər

Çağırışçılarla bağlı mühüm: bu yaş həddi 21-ə endirilir
Milli Müdafiə Universitetinin 3 xüsusi təyinatlı hərbi kollecində peşəkar miçman heyəti hazırlanacaq
Xüsusi təyinatlı təhsil müəssisələrinin siyahısına dəyişiklik edilib
Orta ixtisas təhsili müəssisələrində təhsil alanlara hərbi xidmətlə çağırışa möhlət veriləcək yaş həddi dəyişir
Boş qalan plan yerlərə qəbul olmaq istəyən abituriyentlərin ixtisas seçimi başa çatır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle