Boş qalan plan yerlərə qəbul olmaq istəyən abituriyentlərin ixtisas seçimi başa çatır
sizinxeber.az xəbər saytı

Boş qalan plan yerlərə qəbul olmaq istəyən abituriyentlərin ixtisas seçimi başa çatır


Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam (11 illik) orta təhsil bazasında kolleclərə qəbul olmaq istəyən abituriyentlərin ixtisas seçimi bu gün saat 23:59-dək davam edəcək.

DİM-dən Sizinxeber.az-ya verilən xəbərə görə, abituriyentlər ixtisas seçim ərizəsi formasında ali təhsil müəssisələrinin ixtisasları ilə yanaşı orta ixtisas təhsili müəssisələrinin ixtisaslarının da kodlarını göstərə bilərlər. Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin siyahısı “Abituriyent” jurnalının 7-ci, kolleclərə qəbul aparılan ixtisaslar isə “Abituriyent” jurnalının 5‑ci sayında dərc olunub.

İxtisas seçmək hü­ququ olan abituriyent (həmçinin subbakalavr) ali təhsil müəssisə­ləri­nin və orta ix­tisas təhsili müəssisələ­rinin 20-dək ixtisas kodu­nu seçib, onları qeyd olunan tarixədək eservices.dim.gov.az/erizebak/ixtisas2 inter­net ünvanında yerləşən “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə istədiyi ardıcıllıqla daxil edərək təsdiqləməlidir.

Elektron ixtisas seçimi ərizəsini təsdiqləməyən abituriyentlər (subbakalavrlar) müsabiqəyə buraxılmayacaqlar.

Oxşar xəbərlər

Ali məktəblərin boş qalan plan yerlərinə və kolleclərə ixtisas seçimi başa çatır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ali məktəblərin boş qalan plan yerlərinə bu gündən ixtisas seçiminə başlanılır [xfgiven_updateblue][/xfgiven_updateblue]
9 illik bazadan kolleclərdə boş qalan plan yerlərinə ixtisas seçimi başlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kolleclərə ixtisas seçimi başlayır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ali təhsil müəssisələrinə ixtisas seçimi bu gün başa çatır [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər