Azərbaycan Ordusunda Ramazan bayramı qeyd edilib
sizinxeber.az xəbər saytı

Azərbaycan Ordusunda Ramazan bayramı qeyd edilib


Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən, Azərbaycan Ordusunun qoşun növləri, Əlahiddə Ümumqoşun Ordu, hərbi birlik və birləşmə, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrində Ramazan bayramı münasibəti ilə silsilə tədbirlər keçirilib.

"Sizinxeber.az" xəbər verir ki, bayram tədbirlərində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Vətənimizin azadlığı, suverenliyi, ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, hərbi orkestrlərin müşayiəti ilə Dövlət Himni ifa olunub.

Tədbirlərdə çıxış edənlər Azərbaycan Respublikasının müdafiə nazirinin Ramazan bayramı münasibətilə təbrikini şəxsi heyətə çatdırıb. Xalqımızın taleyinin ən çətin dönəmlərində belə öz tarixi köklərini, milli-mədəni dəyərlərini, adət-ənənələrini qoruyub saxlamasından, dünya müsəlmanlarının mənəvi birlik, həmrəylik, bərabərlik rəmzi olan Ramazan bayramının ölkəmizin bütün suveren ərazisində təntənə ilə qeyd olunmasından danışıblar.

Bayram tədbirlərində təqdim olunan konsert proqramları şəxsi heyət tərəfindən böyük maraqla qarşılanıb. Hərbi xidmətdə fərqlənən bir qrup hərbi qulluqçu təltif edilib.

Silsilə tədbirlər çərçivəsində şəxsi heyət tərəfindən şəhidlərimizin məzarları ziyarət olunub, hərbi qulluqçular şəhid və yaralıların ailələrinə baş çəkərək onların qayğıları ilə maraqlanıb, bayram sovqatları təqdim ediblər.

Oxşar xəbərlər

XİN Ramazan bayramı ilə bağlı paylaşım edib
Zəfər günündə hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilib - VİDEO - FOTO
Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib
Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
Əsgərlərimiz and içdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle