ANAMA rəsmisi NATO-da Azərbaycanda mina təhlükəsinin miqyasından danışıb
sizinxeber.az xəbər saytı

ANAMA rəsmisi NATO-da Azərbaycanda mina təhlükəsinin miqyasından danışıb


NATO Baş Qərargahına səfərin ikinci günü çərçivəsində Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) sədr müavini Samir Poladovun rəhbərliyi ilə ANAMA nümayəndələri və Azərbaycanın NATO yanında Nümayəndəliyi NATO Baş katibinin Əməliyyatlar üzrə köməkçisinin müavini Burcu Sanla ikitərəfli görüş keçirib.

Bu barədə "Sizinxeber.az"a Azərbaycanın NATO yanında Nümayəndəliyindən məlumat verilib.

Bildirilib ki, görüş zamanı ANAMA-nın nümayəndə heyəti ölkəmizdə mina təhlükəsinin miqyası, bu sahədə qarşıya çıxan çətinliklər və problemin aradan qaldırılması istiqamətində görülən tədbirlər barədə məlumat verib. Samir Poladov Azərbaycanda minaların humanitar, iqtisadi və ekoloji fəsadlarını vurğulayaraq 2020-ci ilin noyabr ayından etibarən 379 azərbaycanlının mina partlamaları nəticəsində həlak olduğu və yaralandığı, həmçinin minaların məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışını və həmin ərazilərdə yenidənqurma və bərpa işlərinin aparılmasını ciddi şəkildə ləngitdiyini diqqətə çatdırıb.

Görüş çərçivəsində, eyni zamanda humanitar minatəmizləmə sahəsində əməkdaşlıq, yeni texnologiyaların tətbiqi, Qərvənd Sülh Naminə Tərəfdaşlıq Etimad Fondunun yaradılmasının tezləşdirilməsi məsələləri müzakirə edilib.

Oxşar xəbərlər

Azərbaycanın üzləşdiyi mina probleminin həlli üçün NATO-nun maliyyə və texniki yardımı müzakirə edilib
Finlandiya nümayəndə heyəti ilə ANAMA-da görüş keçirilib
Azərbaycan və Laos mina sahəsində təcrübə mübadiləsini müzakirə edib
ANAMA sədrinin müavini BMTİP nümayəndə heyəti ilə görüşüb
Ötən ay azad edilmiş ərazilərdə 649 mina zərərsizləşdirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər