Azərbaycanın üzləşdiyi mina probleminin həlli üçün NATO-nun maliyyə və texniki yardımı müzakirə edilib
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyəti sədrinin müavini Samir Poladovun rəhbərliyi ilə nümayəndə heyətinin NATO qərargahına rəsmi səfəri başlayıb.
Bu barədə "Sizinxeber.az"a ANAMA-dan məlumat verilib.
Bildirilib ki, ANAMA nümayəndələri və Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyi Alyansın Lüksemburqda yerləşən Təchizat və Dəstək Agentliyinin (NSPA) Əməliyyatlara Dəstək Bölməsinin rəhbəri Orxan Muratlı və digər rəsmilərlə ikitərəfli görüşlər keçiriblər.
Görüşlər zamanı Azərbaycanın üzləşdiyi mina problemi və problemin həlli istiqamətində NATO-nun maliyyə və texniki yardımı, həmçinin müasir texnologiyaların öyrənilməsi və yeni metodların tətbiqi kimi məsələlər müzakirə edilib.
Tərəflər, eyni zamanda, humanitar minatəmizləmə sahəsində qarşılıqlı təcrübə mübadiləsini də geniş şəkildə müzakirə ediblər.
Oxşar xəbərlər
NATO-nun minatəmizləməyə dəstəyi müzakirə olunub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanın minatəmizləmə fəaliyyətinə Serbiyanın mümkün dəstəyi müzakirə edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan və Laos mina sahəsində təcrübə mübadiləsini müzakirə edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Minatəmizləmə əməliyyatlarının icra edildiyi bölgələrə səfərlər planlaşdırılır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Finlandiya nümayəndə heyəti ilə ANAMA-da görüş keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












