Finlandiya nümayəndə heyəti ilə ANAMA-da görüş keçirilib
Azərbaycanın Minatəmizləmə Agentliyi (ANAMA) İdarə Heyəti sədrinin birinci müavini Bəhruz Məmmədov Finlandiyanın sabiq müdafiə naziri Jan-Erik Enestamın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.
Bu barədə "Report"a ANAMA-dan məlumat verilib.
Bildirilib ki, görüşdə Azərbaycanda mövcud mina probleminin miqyası, heç bir hərbi normalara riayət olunmadan, nizamsız qaydada ərazilərin minalanması, keçmiş təmas xətti əraziləri ilə yanaşı mülki təyinatlı ərazilərin də minalarla ciddi şəkildə çirkləndirilməsi, aşkar edilən tələ minaları, eləcə də mina təhlükəsinin aradan qaldırılması istiqamətində ölkəmizdə həyata keçirilən genişmiqyaslı humanitar minatəmizləmə fəaliyyəti haqqında nümayəndə heyətinə ətraflı məlumat verilib.
Jan-Erik Enestam təqdim edilən məlumatlara görə təşəkkürünü bildirib, mina təhlükəsi ilə mübarizə fəaliyyətində Azərbaycanın əldə etdiyi nailiyyətlərin təqdirəlayiq olduğunu və Azərbaycana səfər zamanı verilən məlumatlara əsasən hazırlanacaq hesabatın Finlandiyanın müvafiq qurumlarına təqdim ediləcəyini səsləndirib.
Eyni zamanda, Bəhruz Məmmədov ölkəmizin üzləşdiyi mina probleminin aradan qaldırılması istiqamətində beynəlxalq tərəfdaşlığın və dəstəyin genişləndirilməsinin vacibliyini vurğulayıb.
Qeyd edək ki, görüş “Finlandiya-Azərbaycan Dostluq Cəmiyyəti” tərəfindən Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinə ünvanlanmış müraciət əsasında təşkil edilib.
Oxşar xəbərlər
Finlandiyanın sabiq müdafiə naziri ilə Azərbaycanda mina problemi müzakirə olunub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanın minatəmizləmə fəaliyyətinə Serbiyanın mümkün dəstəyi müzakirə edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
ANAMA sədrinin müavini BMTİP nümayəndə heyəti ilə görüşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Minatəmizləmə əməliyyatlarının icra edildiyi bölgələrə səfərlər planlaşdırılır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ötən həftə azad olunmuş ərazilərdə 152 mina zərərsizləşdirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












