HDQ-də "Partlayıcı sursatların zərərsizləşdirilməsi" kursu keçirilir  - VİDEO
sizinxeber.az xəbər saytı

HDQ-də "Partlayıcı sursatların zərərsizləşdirilməsi" kursu keçirilir - VİDEO


2024-cü ilin hazırlıq planına əsasən, Hərbi Dəniz Qüvvələrinin (HDQ) dəniz xüsusi təyinatlılarının bir qrup şəxsi heyəti ilə "Partlayıcı sursatların zərərsizləşdirilməsi" kursu keçirilir.

APA MN-ə istinadən xəbər verir ki, kursun planına uyğun olaraq, dəniz fazası üzrə dib minalarının, şərti terror qrupları tərəfindən quraşdırılan bütün növ partlayıcı döyüş sursatlarının və kustar üsulla hazırlanan partlayıcı qurğuların aşkarlanması, təhlükəsizlik qaydaları nəzərə alınmaqla onların səthə çıxarılaraq partlatma və yandırma üsulu ilə məhv edilməsi üzrə tapşırıqlar icra olunur.
Kursun keçirilməsində əsas məqsəd bölmələrin döyüş hazırlığını müasir tələblərə uyğunlaşdırmaq, eləcə də hərbi qulluqçuların praktiki vərdişlərini və dövrün tələblərinə uyğun yeni mühəndis avadanlıqlarından effektiv istifadə etmə üzrə bacarıqlarını təkmilləşdirməkdir.

Oxşar xəbərlər

HDQ-də "Partlayıcı sursatların zərərsizləşdirilməsi" kursu keçirilir
Hərbi Dəniz Qüvvələrinin dəniz piyadalarının təlimi keçirilir - VİDEO
Azərbaycan Ordusunda hava desant və praktiki paraşüt tullanışları üzrə məşqlər keçirilir - VİDEO
Hava Hücumundan Müdafiə Qoşunlarının taktiki-xüsusi təlimi keçirilir - VİDEO
Azərbaycan komandoları şərti düşmənin müvəqqəti sığınacaqlarını zərərsizləşdirib - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle