Azərbaycan Ordusunda hava desant və praktiki paraşüt tullanışları üzrə məşqlər keçirilir - VİDEO
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2024-cü ilin hazırlıq planına uyğun olaraq, Hərbi Hava Qüvvələrinin (HHQ) bölmələri ilə hava desant və praktiki paraşüt tullanışları üzrə məşqlər keçirilir.
APA Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, məşqlər zamanı paraşüt-desant və axtarış-xilasetmə xidmətinin mütəxəssisləri, eləcə də uçuş heyəti tərəfindən praktiki paraşüt hazırlığı üzrə müxtəlif tapşırıqlar icra olunur.
Həmçinin təyin olunmuş nöqtəyə havadan yüklərin atılması üzrə fəaliyyətlər də yerinə yetirilir.
Əsas diqqətin hərbi qulluqçuların paraşüt tullanışları vərdişlərinin təkmilləşdirilməsi, eləcə də onların döyüş və xüsusi hazırlıq səviyyəsinin daha da artırılmasına yönəldildiyi məşqlərdə şəxsi heyət qarşıya qoyulmuş tapşırıqları yüksək peşəkarlıqla yerinə yetirirlər.
Oxşar xəbərlər
Hava Hücumundan Müdafiə Qoşunlarının taktiki-xüsusi təlimi keçirilir - VİDEO
Azərbaycan Ordusunun Mühəndis bölmələrinin döyüş hazırlığı təkmilləşdirilir - VİDEO
Hava hücumundan müdafiə bölmələri S-300 “Favorit” zenit-raket kompleksləri ilə təlim keçirib - VİDEO
Azərbaycan Ordusunun helikopterləri döyüş hazırlığı məşqləri keçirib - VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
DÇ-2026: Argentina - Avstriya matçında ikinci hissə başlayıb - YENİLƏNİR-4
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
DÇ-2026: Argentina Avstriyaya qarşı ilk hissəni Messinin qolu ilə öndə tamamlayıb - YENİLƏNİR-3
