Daha 7 itkin-şəhidin dəfn mərasimi keçiriləcək - FOTO
sizinxeber.az xəbər saytı

Daha 7 itkin-şəhidin dəfn mərasimi keçiriləcək - FOTO


Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən daha 7 şəxsin meyit qalıqları dəfn ediləcək.

Sizinxeber.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından bildirilib.

Qeyd edilib ki, hərbçilər Camalov Elman Hüseyn oğlunun, Əbilov Əbülfəz Əbülfət oğlunun, Hüseynov Cavanşir Ərşad oğlunun və Şirinov Tahir Şirin oğlunun meyit qalıqları Abşeron rayonu, Xırdalan şəhərində yerləşən Şəhidlər xiyabanında, hərbçi İbrahimov Camaləddin İbad oğlunun cənazəsi Bakı şəhəri, Suraxanı rayonu, Əmircan kəndində, hərbçi Yarıyev Qənbər Teymur oğlunun meyit qalıqları Salyan rayonunun Şəhidlər xiyabanında, Zeynalova Təranə (Əsmayə) Davud qızının meyit qalıqları isə Bərdə şəhəri, Şəhidlər xiyabanında dəfn olunacaq.

Dəfn mərasimləri sabah baş tutacaq.

Oxşar xəbərlər

İki il əvvəl Laçında itkin düşən hərbçilərin meyit qalıqları aşkar olunub
İki il əvvəl Laçında itkin düşən hərbçilərin meyiti aşkar olunub
Laçında itkin düşən hərbçilərdən birinin meyit qalıqları Gəncədə ailəsinə təhvil verilib - FOTO
İki il əvvəl Laçında itkin düşmüş hərbçi ilə Gəncədə vida mərasimi keçirilir - FOTO
İki il əvvəl Laçında itkin düşmüş hərbçi ilə Gəncədə vida mərasimi keçirilir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər