Müdafiə nazirləri Azərbaycan-Slovakiya hərbi əməkdaşlığının vəziyyətini müzakirə edib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
11 
may
2026
19:50
0
0
3 047
ff aaaaaaa

Müdafiə nazirləri Azərbaycan-Slovakiya hərbi əməkdaşlığının vəziyyətini müzakirə edib

11 may, 2026
19:50
3 047

Müdafiə nazirləri Azərbaycan-Slovakiya hərbi əməkdaşlığının vəziyyətini müzakirə edib

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Slovakiya Respublikasının Baş nazirinin müavini və müdafiə naziri Robert Kalinakın dəvəti ilə bu ölkəyə rəsmi səfər edib.

Müdafiə Nazirliyindən APA-ya verilən xəbərə görə, Bratislava şəhərində keçirilən qarşılanma mərasimindən sonra Azərbaycanın müdafiə naziri onun şərəfinə düzülmüş qarovul dəhlizindən keçib.

General-polkovnik Zakir Həsənov Slovakiya Respublikasının Baş nazirinin müavini və müdafiə naziri Robert Kalinak ilə görüşüb.

Görüşdə Azərbaycan ilə Slovakiya arasında hərbi əməkdaşlığın cari vəziyyəti barədə ətraflı fikir mübadiləsi aparılıb, qarşılıqlı səfərlərin əhəmiyyəti vurğulanıb.

Tərəflər, həmçinin hərbi, hərbi-texniki əməkdaşlıqların inkişaf perspektivlərini müzakirə ediblər.

Qarşılıqlı hədiyyə mübadiləsindən sonra general-polkovnik Zakir Həsənov Xatirə kitabını imzalayıb.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul