Özbəkistan aviaşirkəti Bakı-Daşkənd marşrutu üzrə birbaşa uçuşlara başlayıb
Bu gündən Özbəkistanın “Centrum Air” aviaşirkəti Bakı-Daşkənd marşrutu üzrə müntəzəm birbaşa reyslərin icrasına başlayıb.
"Sizinxeber.az" xəbər verir ki, uçuşlar hər həftənin bazar ertəsi günü müasir və komfortlu "Airbus A320" təyyarələri ilə yerinə yetiriləcək.
Bildirilib ki, yeni uçuş cədvəlinə əsasən, Bakıdan Daşkəndə reys saat 19:20-də yola düşür və yerli vaxtla saat 22:50-də enir. Əks istiqamətdə - Daşkənddən Bakıya uçuş isə saat 16:15-də baş tutur və saat 18:20-də Bakıya çatır.
Qeyd olunub ki, Daşkənd Mərkəzi Asiyanın əsas iqtisadi, mədəni və nəqliyyat mərkəzlərindən biri olmaqla yanaşı, zəngin tarixi irsi və müasir infrastrukturu ilə seçilir. Bakı isə Avropa ilə Asiya arasında yerləşən aparıcı hava nəqliyyatı qovşaqlarından biri kimi beynəlxalq əlaqələrin genişləndirilməsinə töhfə verməyə davam edir.
FOTO: Zaur Mustafayev
Oxşar xəbərlər
Teymur Həsənov: "Bakı-Daşkənd marşrutu üzrə yeni aviadaşıyıcının daxil olması Azərbaycana artan marağı təsdiq edir"
Mayda Atıraudan Bakıya birbaşa reys açılacaq
AZAL Bakıdan Hindistanın Əhmədabad şəhərinə birbaşa uçuşlara başlayır
İraq aviaşirkəti Bakı hava limanına uçuşlara başlayır
“Uzbekistan Airways” Daşkənddən Bakıya uçuşların sayını artırır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Azercell"də dəyişiklik - Bu xidmətləri də dayandırır
-
Azərbaycanda bəzi cərimələr sərtləşdirilir
-
“e-Sosial” portalında yenilik əlilliyi olan şəxslər üçün istifadə rahatlığının artırılmasına xidmət edir – AÇIQLAMA
-
Deputat: Qızıl ehtiyatlarının artması dəyər qazanan aktivlərə daha çox vəsaitin yönəldilməsinə imkan yaradır
-
Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib
-
Sahibə Qafarova: Avropa Parlamenti beynəlxalq hüququn prinsiplərinə zidd olan qərəzli praktikasını davam etdirib








