AZAL ixrac gəlirini 90 % artırıb
sizinxeber.az xəbər saytı

AZAL ixrac gəlirini 90 % artırıb


Bu ilin yanvar-fevral aylarında “Azərbaycan Hava Yolları” QSC (AZAL) 1,9 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib.

“Report” xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın mart sayında qeyd edilir.

Bu, 2024-cü ilin ilk iki ayı ilə müqayisədə 900 min ABŞ dolları və ya 90 % çoxdur.

Xatırladaq ki, 2024-cü ilin yanvar-fevral aylarında AZAL-ın ixrac gəlirləri 1 milyon ABŞ dolları təşkil edir.

Hesabat dövründə Azərbaycanın qeyri-neft-qaz sektoru üzrə ixracının dəyəri ötən ilin yanvar-fevral ayları ilə müqayisədə 6,6 % artaraq 485 milyon ABŞ dolları təşkil edib.

Oxşar xəbərlər

“SOCAR Polymer”in ixrac gəlirləri açıqlanıb
SOCAR qeyri-neft ixracından gəlirini 13 % artırıb
Azərbaycan qızıl ixracını 6 dəfəyə yaxın artırıb
Azərbaycan qeyri-neft-qaz ixracını 2 %-ə yaxın artırıb
Azərbaycan qeyri-neft-qaz ixracını 7 %-ə yaxın artırıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər