Kənan Quluzadə: “Azərbaycana gələn turistlərin sayı 3 milyona çatacaq”
2025-ci ildə Azərbaycana gələn turistlərin sayı 3 milyona çatacaq.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyinin sədrinin müşaviri Kənan Quluzadə “Şahdağ” Turizm Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən 2024-cü ilin turizm yekunlarına və qış mövsümünün açılışına həsr olunmuş mətbuat konfransında məlumat verib.
Onun sözlərinə görə, hazırkı artım templərinə əsasən, 2028-ci ilə qədər illik turist sayının 4 milyona yüksəlməsi proqnozlaşdırılır.
"2024-cü ildə Azərbaycana 24 519 kommersiya yönümlü uçuş həyata keçirilib ki, bu da əvvəlki dövrlə müqayisədə 18 % artım deməkdir. Eyni zamanda, yanvar-oktyabr aylarında turistlərin yerləşdirilməsi və ictimai iaşə sektorunda ümumilikdə 2,49 milyard manatlıq əlavə dəyər yaranıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,3 % artım təşkil edir," - deyə K. Quluzadə bildirib.
Oxşar xəbərlər
Azərbaycanda qış turizm mövsümünə start verilib
IMF 2024-2025-ci illər üçün Azərbaycanda iqtisadi artım proqnozunu yaxşılaşdırıb
Azərbaycana xaricdən uçuşların sayı 20 %-ə yaxın artıb
Azərbaycana xaricdən uçuşların sayı 21 % artıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
DÇ-2026: Argentina - Avstriya matçında ikinci hissə başlayıb - YENİLƏNİR-4
-
Mərdəkanda dənizdə batan 4 nəfərdən 2-nin meyiti tapılıb - YENİLƏNİB
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var
-
Rezidenturaya qəbul imtahanının nəticələri açıqlanıb
