Azərbaycan mehmanxanalarında gecələmələrin sayı 25 % artıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandakı mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı ötən illin eyni dövrü ilə müqayisədə 25,2 % artaraq 3 milyon 269 min olub.
"Report" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, gecələmələrin ümumi sayının 60,4 %-i Bakıda, 5,6 %-i Xaçmazda, 4,3 %-i Naftalanda, 4,3 %-i Qusarda, 4,3 %-i Qubada, 4,0 %-i Qəbələdə, 3,6 %-i Şabranda, 2,4 %-i Lənkəranda, 1,2 %-i Qaxda, 1,1 %-i Masallıda, 1,0 %-i Şamaxıda, 1 %-i Naxçıvan Muxtar Respublikasında və 6,8 %-i digər şəhər və rayonlardakı mehmanxanalarda (hotellərdə) və mehmanxana tipli obyektlərdə qeydə alınıb.
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin sayı 2023-cü ilin yanvar-sentyabr ayları ilə müqayisədə 27 % artaraq 1 milyon 772,2 min olmuşdur ki, bu da ümumi gecələmələrin 54,2 %-ni təşkil edir. Gecələmələrin ümumi sayının 19,9 %-i Hindistan, 13,8 %-i Rusiyaı, 8,7 %-i Səudiyyə Ərəbistanı, 7 %-i Türkiyə, 5,6 %-i Birləşmiş Ərəb Əmirlikləri, 3,6 %-i ABŞ, 3 %-i Küveyt, 2,8 %-i Qazaxıstan, 2,5 %-i İsrail, 2,5 %-i Böyük Britaniya, 2,4 %-i Pakistan, 2,2 %-i Özbəkistan, 2,1 %-i Çin, 1,3 %-i Almaniya, 1,1 %-i İtaliya, 21,5 %-i isə digər ölkələrin vətəndaşlarının payına düşüb.
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin 81 %-i Bakıda, 4,7 %-i Qəbələdə, 4,3 %-i Qusarda, 3,7 %-i Naftalanda, 3,5 %-i Qubada, 0,6 %-i Şabranda, 2,2 %-i isə digər şəhər və rayonlardakı mehmanxanalarda qeydə alınıb.
Ölkə vətəndaşlarının mehmanxanalarda keçirdiyi gecələmələrin sayı 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 23,1 % artaraq 1 milyon 496,8 min olub ki, bu da ümumi gecələmələrin 45,8 %-ini təşkil edir.
Oxşar xəbərlər
Azərbaycan mehmanxanalarında gecələmələrin sayı 36 % artıb
Azərbaycanda mehmanxanalarda gecələmələrin sayı 36% artıb
Azərbaycanda hotellərdə gecələmələrin sayı 25%-dən çox artıb
Azərbaycan hotellərinin gəlirləri 27 % artıb
Azərbaycanda mehmanxanaların gəlirləri 27% artıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından 14 il ötür
-
Avropadan “Qarabağ”a 3 milyon avroluq təklif gəldi
-
Prezident İlham Əliyev: "Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir"
-
İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
-
Prezident: "Bu gün Azərbaycan həm Şərqdə, həm də Qərbdə ehtiyac duyulan ölkədir"
-
İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"












