FHN-in qurumları arasında minifutbol çempionatına yekun vurulub
FHN-in qurumları arasında “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş minifutbol çempionatına yekun vurulub.
Sizinxeber.az FHN-ə istinadən xəbər verir ki, 19-23 may tarixlərində Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun açıq hava stadionunda “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş Nazirliyin qurumları arasında minifutbol üzrə çempionat keçirilib.
Çempionatda FHN-in Aparatı və qurumlarının ümumilikdə 20 komandasından 220-yə yaxın idmançı iştirak edib. Çempionatın baş hakimi Rasim Əlizadə olub.
Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik süktla yad edilib.
Sonra açılışda çıxış edən FHN-in İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev ölkəmizdə dövlət səviyyəsində idmanın inkişafına göstərilən diqqt və qayğıdan danışıb, Nazirliyin idmançılarının ayrı-ayrı yarışlarda nümayiş etdirdikləri əzmkar mübarizədən, qazanılmış nailiyyətlərdən bəhs edib. Sonra isə çempionatda yer tutmuş komandaları təbrik edib, gələcək yarışlarda uğurlar arzulayıb.
Qeyd edilib ki, beş gün davam edən çempionatda 3-cü yer uğrunda keçirilən görüşdə Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) komandası FHN Akademiyasının komandasına qalib gələrək çempionatın bürünc medalına sahib çıxıb. Finalda isə Dövlət Yanğından Mühafizə Xidmətinin (DYMX) komandası ilə Mülki müdafiə qoşunlarının komandası qarşılaşıb. 3:0 hesabı ilə qalib gələn DYMX-nın komandası yarışın çempionu adına yiyələnib.
Çempionatda ən yaxşı qapıçı Mahir Nərimanov (DYMX), ən çox qol vuran oyunçu Səttar Qədirov (XRXX), əzmkar komanda isə FHN Akademiyası komandası olub.
Sonda qaliblər kubok, diplom və medalla mükafatlandırılıb. Çempionatın keçirilməsində hakimlik xidmətlərinə görə Rasim Əlizadə, Sərxan Sirinov, Azad Lalayev və Aqil Laçınov, göstərdikləri tibbi xidmətlərə görə isə FHN-in Tibb Xidmətinin əməkdaşları fəxri fərmanla təltif olunublar.
Oxşar xəbərlər
FHN-in qurumları arasında voleybol çempionatına yekun vurulub [xfgiven_updateblue][/xfgiven_updateblue]
FHN-in qurumları arasında çoxnövçülük üzrə çempionat keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
FHN-in qurumları arasında sərbəst güləş çempionatı keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Naxçıvan MR FHN-nin əməkdaşları arasında idman yarışları keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
FHN-in qurumları arasında səmti müəyyənetmə üzrə çempionat keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












