Naxçıvan MR FHN-nin əməkdaşları arasında idman yarışları keçirilib
Naxçıvan Muxtar Respublikasının (MR) Fövqəladə Hallar Nazirliyinin əməkdaşları arasında “Konstitusiya və Suverenlik İli”nə həsr olunan idman yarışları keçirilib.
Nazirlikdən APA-ya verilən məlumata görə, yarışların keçirilməsində məqsəd şəxsi heyət arasında fiziki keyfiyyətlərin inkişaf etdirilməsi, mənəvi-psixoloji xüsusiyyətlərin tərbiyə edilməsi, həmçinin idman növlərinin geniş yayılmasına nail olmaqdır.
Yarışlara başlanmazdan öncə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra iştirakçılara idman yarışlarının keçirilməsinin planı, məqsədi və keçirilmə qaydaları barədə məlumat verilib.
Struktur qurumların hərbi qulluqçuları və xüsusi rütbəli əməkdaşlarından seçilən yığma komandalar uzunluğuna və hündürlüyə tullanma, turnikdən dartınma və 2400 metr məsafəyə qaçış idman növləri üzrə yarışlarda iştirak ediblər.
Sonda ilk 3 yeri tutan komandalar medal və fəxri fərmanla təltif olunublar.
Oxşar xəbərlər
Naxçıvan Muxtar Respublikasının FHN-nin əməkdaşları arasında idman yarışları keçirilib
Naxçıvanda “Konstitusiya və Suverenlik İli”nə həsr olunan idman yarışları keçirilib
“Sərhədçi” İdman Mərkəzinin yaradılmasının 15-ci ildönümü münasibətilə tədbir keçirilib - VİDEO
FHN əməkdaşları idman dırmanması yarışında yüksək nəticələr qazanıb
Səfərbərlik Xidməti yaranma gününü qeyd edib - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













