MOK Azərbaycan idmançılarının Paris-2024-də qazandığı medalların keyfiyyətini itirməsi ilə bağlı BOK-a müraciət edəcək
Milli Olimpiya Komitəsi (MOK) Azərbaycan idmançılarının Paris Olimpiadasında qazandığı medalların keyfiyyətini itirməsi ilə bağlı Beynəlxalq Olimpiya Komitəsinə (BOK) müraciət edəcək.
Bu barədə apasport.az-a açıqlamasında Milli Olimpiya Komitəsinin mətbuat katibi Murad Fərzəliyev deyib.
Qurum rəsmisi Paris-2024 Yay Olimpiya Oyunlarında medalları korlanan mükafatçıların problemləri barəsində ətraflı araşdırmalar aparıldığını bildirib: "Hələ ki, iki idmançımızın medallarında bu problem aşkarlanıb. Araşdırmaların nəticələrindən sonra məsələ aydınlaşdırılacaq və BOK-a müraciət olunacaq".
Qeyd edək ki, ötən il Fransanın paytaxtı Parisdə baş tutan Yay Olimpiya Oyunlarında mükafatçılar sırasına düşən Azərbaycanın iki idmançısının medalı korlanıb.
Taekvondo yarışlarında ikinci yeri qazanan Qaşım Maqomedovun gümüş, güləş yarışlarında üçüncü yeri tutan Həsrət Cəfərovun isə bürünc medalı keyfiyyətini itirib.
Oxşar xəbərlər
Paris-2024: Azərbaycan taekvondoçusu Qaşım Maqomedovun gümüş medalı keyfiyyətsiz çıxıb - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan idmançılarının bir qrupu Paris Yay Olimpiya Oyunlarına yola salınıb - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
FHN-in İdman-sağlamlıq klubunun üzvü Olimpiya Oyunlarının mükafatçısı olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Paris-2024: Azərbaycan medal sıralamasında 15-cidir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Paris-2024: Həsrət Cəfərov yarımfinalda azərbaycanlı güləşçiyə uduzub - YENİLƏNİB 2 [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












