Paris-2024: Azərbaycan taekvondoçusu Qaşım Maqomedovun gümüş medalı keyfiyyətsiz çıxıb - FOTO
Paris-2024 Yay Olimpiya və Paralimpiya Oyunlarının mükafatçıları qazandıqları medalları geri qaytarmağa başlayıblar.
Artıq 100-dən çox medal turnirin Təşkilat Komitəsinə göndərilib. Buna medalların keyfiyyətini itirməsi səbəb olub.
Apasport.az xəbər verir ki, problem Azərbaycan idmançılarından da yan keçməyib.
Belə ki, Paris-2024 Yay Olimpiya Oyunlarının taekvondo üzrə gümüş mükafatçısı Qaşım Maqomedov da eyni problemlə üzləşib.
O, medalının keyfiyyətini itirdiyini bildirib: "Medalı qazandığım andan ona çox həssas yanaşırdım. Bu müddət ərzində onu xüsusi çantada saxlayırdım. Təxminən iki ay çantada saxladım. Arada ona baxırdım, bəzən heyran olurdum. Bir neçə gün əvvəl Azərbaycana təlim-məşq toplanışına gələndə düşündüm ki, ehtiyat üçün özümlə götürüm. Gənclər və İdman Nazirliyi və ya Taekvondo Federasiyasının hansısa tədbirində lazım olar deyə, onu özümlə götürməyi qərara aldım və çantadan çıxaranda gördüm ki, bir az korlanıb. Başa düşə bilmirəm, niyə? Medalıma həmişə həssas yanaşmışam. Amma mən də bir çox idmançı kimi pis keyfiyyətlə qarşılaşdım".
Məsələ ilə bağlı Milli Olimpiya Komitəsi ilə əlaqə saxladıq.
Qurumdan saytımıza bildirildi ki, hadisə ilə bağlı Beynəlxalq Olimpiya Komitəsinə müraciət ediləcək.
Oxşar xəbərlər
Paris-2024: Azərbaycan medal sıralamasında 15-cidir [xfgiven_updateblue][/xfgiven_updateblue]
FHN-in İdman-sağlamlıq klubunun üzvü Olimpiya Oyunlarının mükafatçısı olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Paris-2024: Azərbaycan taekvondoçusu finala çıxıb - YENİLƏNİB-1 [xfgiven_updateblue][/xfgiven_updateblue]
Paris 2024: Azərbaycan taekvondoçusu Olimpiadanın gümüş medalını qazanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Paris-2024: Azərbaycan taekvondoçusu yarımfinala çıxıb - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












