Paris-2024: Gimnastlarımız tarixi nəticə göstərərək 5-ci pilləni tutub
sizinxeber.az xəbər saytı

Paris-2024: Gimnastlarımız tarixi nəticə göstərərək 5-ci pilləni tutub


Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası “Paris-2024”də bu gün final çıxışlarını nümayiş etdirib.

Apasport.az xəbər verir ki, dünən adını dünyanın ən güclü 8 komandası arasına yazdıran millimiz bu gün final mərhələsini 5-ci sırada başa vurub.

Zeynəb Hümmətova, Darya Sorokina, Güllü Ağalarzadə, Ləman Əlimuradova və Yelizaveta Luzanın təmsil etdiyi qrup hərəkətləri komandamız 5 halqa proqramında 34.850, 3 lent və 2 top proqramında 31.600, ümumilikdə isə 66.450 xal toplayaraq bu nəticəyə nail olublar.

Onlar finalda mübarizə aparan Ukrayna, Özbəkistan və ev sahibi olan Fransa komandasının təmsilçilərini qabaqlayaraq sıralamada önə keçiblər.

Qeyd edək ki, bu, bədii gimnastika üzrə qrup hərəkətləri komandamızın Olimpiadada nümayiş etdirdiyi ən yaxşı performans olub.

Oxşar xəbərlər

Paris-2024: Gimnastımız çıxışını başa vurub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Paris-2024: Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası mübarizəyə başlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Paris-2024: Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası mübarizəyə başlayıb - YENİLƏNİB 2 [xfgiven_updateblue][/xfgiven_updateblue]
Paris-2024: Bu gün Azərbaycanın iki güləşçisi və bədii gimnastika üzrə qrup hərəkətləri komandası mübarizəyə başlayacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Paris-2024: Sənan Süleymanov yarımfinalda məğlub olub - YENİLƏNİB 2 [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər