Çempion olan "Sabah"ın baş məşqçisi: "Komanda üzvlərinə çəkdikləri əziyyətə görə təşəkkür edirəm"
"Sabah"ın baş məşqçisi Rimas Kurtinaytis Azərbaycan Basketbol Liqasının final seriyasında "Neftçi"yə qalib gələrək (83:78) çempion olduqları oyunu şərh edib.
"Report" xəbər verir ki, mütəxəssis klubun mətbuat xidmətinə açıqlamasında yarışın çətin keçdiyini bildirib:
"Bu il çempionat çox güclü idi. Azərbaycan Basketbol Federasiyası böyük iş görüb. "Neftçi" komandasına finalda nümayiş etdirdiyi mübarizə əzminə görə təşəkkür edirəm. Komandamızı bu uğur münasibəti ilə təbrik edirəm. Komanda üzvlərinə çəkdikləri əziyyətə görə təşəkkür edirəm", - deyə o bildirib.
Qeyd edək ki, tərəflər arasında altı oyun keçirilib. Həlledici seriyada dördüncü qələbəni əldə edən "bayquşlar" qızıl medallara sahib çıxıblar. Tərəflər arasında əvvəlki 5 görüşdə "Sabah" 3, "Neftçi" isə 2 qələbə qazanıb.
Oxşar xəbərlər
"Sabah" Azərbaycan Basketbol Liqasının qalibi olub
Rimas Kurtinaytis "Neftçi" üzərində qazandıqları qələbəni dəyərləndirib
Rimas Kurtinaytis: "Məğlubiyyətimizə bəraət yoxdur"
Rimas Kurtinaytis: "Futbolda olduğu kimi basketbolda da "vurmayana vurarlar" prinsipi keçərlidir"
Azərbaycan Basketbol Liqası: "Neftçi" və "Sabah" final seriyasının dördüncü matçına çıxıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













