Rimas Kurtinaytis: "Futbolda olduğu kimi basketbolda da "vurmayana vurarlar" prinsipi keçərlidir"
Futbolda olduğu kimi burada da "vurmayana vurarlar" prinsipi keçərlidir.
"Report" xəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Rimas Kurtinaytis "Neftçi"yə qarşı Azərbaycan Basketbol Liqasının final matçından sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib.
Mütəxəssis həlledici seriyanın üçüncü matçında məğlub olduqları qarşılaşmanı (76:79) şərh edib:
"Oyuna çox pis başladıq. Hətta xal fərqinin 20-yə kimi yüksəldiyi zaman da oldu. Buna baxmayaraq faciə baş verməyib.Seriyada hesabda öndəyik. Final seriyasına layiq görüş oldu. Rəqibi qələbə münasibəti ilə təbrik edirəm. İki gündən bir meydana çıxdığımıza görə əlavə məşqlərə vaxtımız olmur. Futbolda olduğu kimi burada da "vurmayana vurarlar" prinsipi keçərlidir".
Qeyd edək ki, əvvəlki iki görüşdə "Sabah" qalib gəlib. Növbəti matçın mayın 8-də təşkili planlaşdırılır. Seriyada rəqibini 4 dəfə məğlub edən komanda Azərbaycan Basketbol Liqasının qalibi olacaq.
Oxşar xəbərlər
"Neftçi" basketbol klubunun məşqçisi "Sabah" üzərində qazanılan qələbəni şərh edib
Rimas Kurtinaytis "Neftçi" üzərində qazandıqları qələbəni dəyərləndirib
Rimas Kurtinaytis: "Xarakter göstərən bütün oyunçularıma təşəkkür edirəm"
Azərbaycan Basketbol Liqası: Final seriyasının üçüncü oyunu bu gün keçiriləcək
Rimas Kurtinaytis: "Adi epizodlarda top itkilərinə yol verdik"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Dünya Bankı Ukraynaya 3,4 milyard dollar ayıracaq
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
DÇ-2026: Kurasao - Fildişi Sahili oyununda ilk qol vurulub - YENİLƏNİR
