Zaur Paşayev: “Sabah”ın final seriyasında 4:0 hesabı ilə qələbə qazanacağını proqnozlaşdırmışdım"
sizinxeber.az xəbər saytı

Zaur Paşayev: “Sabah”ın final seriyasında 4:0 hesabı ilə qələbə qazanacağını proqnozlaşdırmışdım"


"Quba"nın basketbolçusu Zaur Paşayev Azərbaycan Basketbol Liqasının final seriyasının “Sabah” və “Neftçi” arasında bu gün baş tutacaq altıncı matçını dəyərləndirib.

41 yaşlı idmançı "Report"a açıqlamasında seriya başlamamışdan əvvəl “Sabah”ın çempion olacağını proqnozlaşdırdığını bildirib.

O, sonda Rimas Kurtinaytisin komandasının çempion olacağını düşünür:

“Seriya başlamamışdan əvvəl “Sabah”ın 4:0 hesabı ilə qələbə qazanacağını proqnozlaşdırmışdım. Ancaq “Neftçi” hesabı bəabərləşdirməyi bacardı. Sonuncu matçda isə yenə məğlub oldular. Bugünkü oyuna gəlincə, “Neftçi” bacardığını ortaya qoyacaq. Ancaq “Sabah”ın seriyada 4:2 qələbə qazanacağını və çempion olacağını düşünürəm. Hesab bərabərləşərsə, final oyunu çox maraqlı keçəcək. Açığı, hesabın 3:3 olmasını və yaxşı basketbol izləməyimizi istəyirəm”.

Qeyd edək ki, “Sabah” və “Neftçi” arasında keçiriləcək Azərbaycan Basketbol Liqasının final seriyasının altıncı oyunu bu gün Bakı İdman Sarayında, saat 19:00-da start götürəcək.

Oxşar xəbərlər

Azərbaycan Basketbol Liqası: “Neftçi” və “Sabah” final seriyasında ikinci matça çıxacaq
Azərbaycan Basketbol Liqası: Final seriyasının ikinci matçında "Sabah" "Neftçi"ni məğlub edib
Azərbaycan Basketbol Liqası: "Neftçi" və "Sabah" final seriyasının dördüncü matçına çıxıb
Azərbaycan Basketbol Liqası: "Sabah" final seriyasının ilk oyununda qələbə qazanıb
“Neftçi”nin basketbolçusu final seriyasında “Sabah”a qarşı keçirdikləri oyunları dəyərləndirib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər