Rimas Kurtinaytis: "Futbolda olduğu kimi, basketbolda da "vurmayana vurarlar" prinsipi keçərlidir"
Futbolda olduğu kimi, basketbolda da "vurmayana vurarlar" prinsipi keçərlidir.
"Report" xəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Rimas Kurtinaytis "Neftçi"yə qarşı Azərbaycan Basketbol Liqasının final matçından sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib.
Mütəxəssis seriyanın üçüncü matçında məğlub olduqları qarşılaşmanı (76:79) şərh edib:
"Oyuna çox pis başladıq. Hətta xal fərqinin 20-yə kimi yüksəldiyi zaman da oldu. Buna baxmayaraq, faciə baş verməyib.Seriyada hesabda öndəyik. Final seriyasına layiq görüş oldu. Rəqibi qələbə münasibəti ilə təbrik edirəm. Bir gündən bir meydana çıxdığımıza görə əlavə məşqlərə vaxtımız olmur. Futbolda olduğu kimi, basketbolda da "vurmayana vurarlar" prinsipi keçərlidir".
Qeyd edək ki, əvvəlki iki görüşdə "Sabah" qalib gəlib. Növbəti matçın mayın 8-də təşkili planlaşdırılır. Seriyada rəqibini 4 dəfə məğlub edən komanda Azərbaycan Basketbol Liqasının qalibi olacaq.
Oxşar xəbərlər
Rimas Kurtinaytis: "Futbolda olduğu kimi basketbolda da "vurmayana vurarlar" prinsipi keçərlidir"
"Neftçi" basketbol klubunun məşqçisi "Sabah" üzərində qazanılan qələbəni şərh edib
Rimas Kurtinaytis "Neftçi" üzərində qazandıqları qələbəni dəyərləndirib
Qəzzada məktəbin bombalanması nəticəsində azı 20 nəfər ölüb
Rimas Kurtinaytis: "Xarakter göstərən bütün oyunçularıma təşəkkür edirəm"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













