

Rimas Kurtinaytis: "Eyni komandanı ardıcıl olaraq 3 gün ərzində 2 dəfə məğlub etmək çətindir"
Eyni komandanı ardıcıl olaraq 3 gün ərzində 2 dəfə məğlub etmək çətindir.
"Report" xəbər verir ki, bunu "Sabah" basketbol klubunun baş məşqçisi Rimas Kurtinaytis "Neftçi"yə qarşı Azərbaycan Kubokunun 1/4 final matçından sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib.
Mütəxəssis məğlubiyyətə görə üzgün olduqlarını bildirib:
“Komandaya iradım yoxdur. Bacardıqlarını etdilər. Təbii ki, Endər Poladxanlının yoxluğu yerli oyunçu rotasiyası zamanı hiss olunurdu. Həm rotasiya, həm oyun planı baxımdan yeri görünürdü. Eyni komandanı ardıcıl olaraq 3 gün ərzində 2 dəfə məğlub etmək çətindir. Çünki rəqib də oyunu təhlil edib, səhvlərindən nəticə çıxarıb, daha yaxşı oynamağa çalışır. Sona kimi mübarizə apardıq. Növbəti matçlarda yaxşı nəticə əldə etməyə çalışacağıq”.
Qeyd edək ki, "Neftçi" - "Sabah" qarşılaşması birincilərin 85:81 hesablı qələbəsi ilə yekunlaşıb.
Oxşar xəbərlər
Rimas Kurtinaytis: "İki əsas oyunçumuzun yoxluğu Belçika klubu ilə matçda rotasiya imkanlarımızı məhdudlaşdırdı"
Rimas Kurtinaytis: "Adi epizodlarda top itkilərinə yol verdik"
Rimas Kurtinaytis: "Ən yaxşı qələbələrimizdən birini qazandıq"
Rimas Kurtinaytis: "Xarakter göstərən bütün oyunçularıma təşəkkür edirəm"
Rimas Kurtinaytis: "Müdafiədə fərdi səhvlər buraxdıq, bu isə hesabda əksini tapdı"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Fox News Kiyevi Rusiya şəhəri adlandırıb: XİN reaksiya verir
-
WSJ: Tramp strategiyasında köklü dəyişikliklər edib
-
Uitkoff Romada ABŞ – İran danışıqlarından sonra Qrossi ilə görüşüb
-
ABŞ husilərin Sənadakı mövqelərinə 21 zərbə endirib
-
İsrailin XİN başçısı: İranla nüvə silahı məsələsinin diplomatik həllinə hazırıq
-
Çində ilk 10G genişzolaqlı şəbəkə istifadəyə verildi
