Azərbaycan klubunun basketbolçusu: "Çox təhlükəli komandaya çevrilirik"
sizinxeber.az xəbər saytı

Azərbaycan klubunun basketbolçusu: "Çox təhlükəli komandaya çevrilirik"


Çox təhlükəli komandaya çevrilirik.

"Sizinxeber.az"un məlumatına görə, bunu NTD-nin basketbolçusu Tayri Boykin klubun mətbuat xidmətinə müsahibəsində deyib.

ABŞ-dən olan oyunçu Bakı təmsilçisinin pley-offa vəsiqə qazanmaq şansları barədə danışıb:

"Hesab edirəm ki, əla imkanımız var. İlin əvvəlində komanda nəzərəçarpan dərəcədə gücləndi. Bir-birimizlə oynamağı öyrənməyə davam edərkən matçları da qazanırıq. Ən yaxşı oyunumuz hələ qabaqdadır və bunu pley-offda nümayiş etdirməkdən yaxşı nə ola bilər?"

O, XVI turda "Abşeron"a qalib gəldikləri (98:85) Azərbaycan Basketbol Liqasının matçı ilə bağlı fikirlərini bölüşüb:

"Yaxşı oyun keçirdik. Komanda oyunu nümayiş etdirdik və gedişatı nəzarətdə saxladıq. Rəqib üstünlük qazanmağa başladıqda, buna yaxşı cavab verdik. Hesab edirəm ki, doğru istiqamətdə daha bir addım atdıq".

Tayri Boykin növbəti turda "Naxçıvan"a qarşı keçirəcəkləri görüşə də toxunub:

"Naxçıvan"ın liqanın ən güclü klublarından biri olduğunu anlayırıq. Amma həmçinin başa düşürük ki, sahib olduğumuz istedadla hər kəslə rəqabət apara bilərik. Hər zaman olduğu kimi, öz oyunumuza köklənmişik. Yeganə gözləntimiz meydana çıxıb yüksək səviyyədə rəqabət aparmaqdır. Biz məşqçilərimizin taktikasına güvənirik və meydanda bir-birimizə etibar edirik".

Oxşar xəbərlər

NTD-nin basketbolçusu: "İnanıram ki, qarşıda bizi böyük uğurlar gözləyir"
“Şəki”nin baş məşqçisi qələbə qazandıqları matçı dəyərləndirib
Azərbaycan klubunun basketbolçusu: "Daha yaxşı olmaq üçün üzərimizdə işləməliyik"
"Quba"nın basketbolçusu: "Hər oyunda yaxşı performans sərgiləyirik"
"Ordu"nun basketbolçusu: "Komandada çox yaxşı atmosfer var"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər