“Şəki”nin baş məşqçisi qələbə qazandıqları matçı dəyərləndirib
“Şəki”nin baş məşqçisi Bedri Meriç Azərbaycan Basketbol Liqasının XVI turunda "Ordu"ya qalib gəldikləri matçı dəyərləndirib.
“Sizinxeber.az” xəbər verir ki, mütəxəssis klubun mətbuat xidmətinə açıqlamasında pley-offa vəsiqə qazanacaqlarına ümid etdiyini deyib.
O, yeni oyunçuları Tomi Lyukun komandaya tam uyğunlaşmadığını vurğulayıb:
“Pley-off matçına bənzər oyun oldu. Müdafiəni yaxşı qursaq, çempionatda istənilən komandanı məğlub edə bilərik. Evdə oynadığımız yaxşı basketbolu bu gün də davam etdirdik. Oyunçularımın hamısına təşəkkür edirəm, bu, onların qələbəsidir. "Ordu" kimi güclü heyəti olan komandanı 3 dəfə məğlub etmək gözəl nailiyyətdir. Bu, "Şəki"nin gəldiyi nöqtəni göstərir. Ümid edirəm ki, hədəfimiz olan pley-offa düşəcəyik. Yeni oyunçumuz Tomi Lyuk komanda ilə cəmi bir məşq keçdi. Hələ tam hazır deyil, zamana ehtiyacı var. Bir-iki matç sonra komandaya uyğunlaşacaq".
Qeyd edək ki, "Şəki" - "Ordu" qarşılaşması meydan sahiblərinin 89:74 hesablı qələbəsi ilə bitib.
Oxşar xəbərlər
“Sumqayıt”ın yeni transferi: "Əsas hədəfimiz pley-offa vəsiqə qazanmaqdır"
"Sumqayıt"ın baş məşqçisi: "Şəki" ilə oyuna çox yaxşı köklənmişdik"
Bedri Meriç: "Sumqayıt" üzərində qələbə qazanacağımıza çox inanırdıq"
Bedri Meriç: "Bu gün "Sumqayıt" qalib gəlmədi, biz məğlub olduq"
"Şəki"nin baş məşqçisi: "İlk hissəyə pis başladıq"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Pezeşkian: "İran hökuməti xalqın səsini eşitməyə və islahatlar keçirməyə hazırdır"
-
Tramp Venesuela neftinin satışı gəlirlərini məhkəmə cəzalarından qorumaq üçün fərman imzalayıb
-
ABŞ Ordusunun Mərkəzi Komandanlığı Suriyada İŞİD-ə qarşı zərbələri təsdiqləyib
-
İngiltərə Kuboku: "Çelsi" növbəti mərhələdə
-
İran polisi Luristanda iğtişaşların 100-dən çox iştirakçısını saxlayıb
-
İranda 60 saatdan çoxdur ki, internet yoxdur












