"Gəncə"nin baş məşqçisi: "Kubokda yolumuza davam etməyə layiqik"
Kubokda yolumuza davam etməyə layiqik.
"Sizinxeber.az" xəbər verir ki, bunu "Gəncə"nin baş məşqçisi Halil Atlı basketbol üzrə Azərbaycan kubokunun 1/8 final mərhələsinin "Ordu" ilə oyunundan sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib.
Mütəxəssis növbəti mərhələyə adladıqları üçün sevincli olduqlarını bildirib:
“Qəbələni azarkeşlərimizə həsr edirik. Oyunun əvvəlindən sonuna kimi bizi dəstəklədilər. Biz də onlar üçün oynayırıq. Kubokda yolumuza davam etməyə layiqik. Mübarizə davam edir. Ən yaxşı nəticəyə imza atmağa çalışacağıq. Komandaya inanıram. Baskebolçulara təşəkkür edirəm. Rotasiya edib oynadıq. Qarşıda "Ordu" ilə daha bir oyunumuz var. Bu dəfə çempionatda üz-üzə gələcəyik. Həmin görüşə hazırıq, qələbə qazanıb yolumuza davam etmək istəyirik".
Qeyd edək ki, Gəncə İdman Sarayında keçirilən "Gəncə" - "Ordu" görüşü meydan sahiblərinin 81:62 hesablı qələbəsi ilə bitib. Qərb təmsilçisi 1/4 finalda "Sərhədçi" ilə qarşılaşacaq.
Oxşar xəbərlər
"Gəncə"nin baş məşqçisi: "Quba" ilə matçda nəzarəti əvvəldən sona kimi əlimizdə saxladıq"
"Gəncə"nin baş məşqçisi: "Yaxşı mübarizə apardıq"
Şəhriyar Əsgərov: "Liqadakı uğursuzluğu kubokda kompensasiya etməyə çalışacağıq"
"Gəncə"nin baş məşqçisisi: "Ordu" ilə oyun daha yaxşı işlər görə biləcəyimizi göstərdi"
"Gəncə"nin baş məşqçisi: "Səfər oyunları heç vaxt asan olmur"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Pezeşkian: "İran hökuməti xalqın səsini eşitməyə və islahatlar keçirməyə hazırdır"
-
İranda etirazlar davam edir: Kinorejissor və general öldürüldülər
-
İran polisi Luristanda iğtişaşların 100-dən çox iştirakçısını saxlayıb
-
İranda 60 saatdan çoxdur ki, internet yoxdur
-
KİV: İrandakı etirazlarda ölənlərin sayı 544-ə çatıb
-
Rza Pəhləvi İrandakı etirazlar fonunda beynəlxalq dəstəyin tezliklə çatacağını bildirib












