"Gəncə"nin baş məşqçisi: "Quba" ilə matçda nəzarəti əvvəldən sona kimi əlimizdə saxladıq"
sizinxeber.az xəbər saytı

"Gəncə"nin baş məşqçisi: "Quba" ilə matçda nəzarəti əvvəldən sona kimi əlimizdə saxladıq"


"Quba" ilə matçda nəzarəti əvvəldən sona kimi əlimizdə saxladıq.

"Report" xəbər verir ki, bunu "Gəncə"nin baş məşqçisi Halil Atlı Azərbaycan Basketbol Liqasının XII turunda “Quba” ilə oyundan sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Mütəxəssis yaxşı komanda formalaşdırdıqlarını vurğulayıb:

“Heyətdəki itkiyə baxmayaraq meydançada yaxşı mübarizə apardıq. Komandamızı təbrik edirəm. Oyuna sərt başladıq. Matça nəzarəti əvvəldən sona kimi əlimizdə saxladıq. Əslində bu həftə bu oyuna hazırlaşmadıq. Çünki hədəfimiz "Ordu" ilə görüşdür. Ona görə də "Quba" ilə matç qarşıdakı oyuna bir növ hazırlıq idi. Kimin nə deməsindən asılı olmayaraq biz yaxşı komandayıq. Hər keçən gün daha yaxşı olacağıq. Məncə, insanlar bizi tənqid etməmişdən öncə öz komandalarındakı problemləri həll etsinlər. Bu cür manipulyasiyalar bizə motivasiya verir. Oyunçularıma təşəkkürümü bildirirəm, xarakter nümayiş etdirirlər. Məşqlərdə və oyunlarda ən yaxşısını etməyə çalışırlar. Qarşıda kubok görüşümüz var. Həmin oyuna ən yaxşı şəkildə hazırlaşıb, meydana çıxacağıq".

Qeyd edək ki, Gəncə İdman Sarayında keçirilən "Gəncə" - "Quba" görüşü meydan sahiblərinin 96:78 hesablı qələbəsi ilə bitib.

Oxşar xəbərlər

"Gəncə"nin baş məşqçisi: "Yaxşı mübarizə apardıq"
"Gəncə"nin baş məşqçisi: "Səfər oyunları heç vaxt asan olmur"
"Ordu"nun baş məşqçisi: "Lənkəran"la oyuna dönüş nöqtəsi kimi baxırdıq"
"Quba"nın baş məşqçisi: "Müdafiədə etibarlı oynayıb, yaxşı hücumlar qurmağa çalışdıq"
"Quba"nın baş məşqçisi: "Bu gün oyuna qələbə üçün çıxacağıq"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər