Şəhriyar Əsgərov: "Liqadakı uğursuzluğu kubokda kompensasiya etməyə çalışacağıq"
Liqadakı uğursuzluğun əvəzini heç olmasa kubokda kompensasiya etməyə çalışacağıq.
"Sizinxeber.az"un məlumatına görə, bunu "Quba" basketbol komandasının baş məşqçisi Şəhriyar Əsgərov klubun mətbuat xidmətinə açıqlamasında deyib.
Mütəxəssis "Abşeron"a qarşı bu gün keçirəcəkləri Azərbaycan Kubokunun 1/8 final mərhələsinin oyunu ilə bağlı fikirlərini bölüşüb:
"Bu, fərqli turnirdir. Matça yaxşı hazırlaşmışıq. Bu mərhələ bir qarşılaşmadan ibarətdir. Bir matçla kifayətlənmək istəmirik. Məncə, şansımız da az deyil. Çünki burada "3+2" sistemi oynanılır. Fikrət Ələkbərov öz oyununu tapır, Zaur Paşayev artıq tam sağalıb. Bunlar bizim üçün üstünlük ola bilər".
Ş.Əsgərov rəqibi təhlil etdiklərini söyləyib:
"Düzdür, “Abşeron”un yerli oyunçuları pis deyil. Rəqib çox güclü komandadır. Heyətində çox yaxşı əcnəbi oyunçular da yer alıb, onları izləmişəm. Ancaq qələbə haqqında düşünürük. Alınsa, çox sevinərik".
Qeyd edək ki, "Abşeron" - "Quba" görüşü bu gün, saat 19:00-da start götürəcək.
Oxşar xəbərlər
"Quba"nın baş məşqçisi: "Rəqib komanda yüksək səviyyəli basketbol oynadı"
Şəhriyar Əsgərov: "Gəncə"yə uduzsaq da, əlimizdən gələni etdik"
"Quba"nın baş məşqçisi: "Bu gün oyuna qələbə üçün çıxacağıq"
Qurban Qurbanov: Futbolçularım karyeralarının ən yaxşı oyununu göstərməlidirlər
"Quba"nın baş məşqçisi: "Müdafiədə etibarlı oynayıb, yaxşı hücumlar qurmağa çalışdıq"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

