Şəhriyar Əsgərov: "Gəncə"yə uduzsaq da, əlimizdən gələni etdik"
"Gəncə"yə uduzsaq da, əlimizdən gələni etdik.
"Sizinxeber.az" xəbər verir ki, bunu "Quba"nın baş məşqçisi Şəhriyar Əsgərov Azərbaycan Basketbol Liqasının XII turunda "Gəncə" ilə matçdan sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib.
Mütəxəssis bəxt amilini də qabardıb:
"Uduzsaq da, əlimizdən gələni etdik. Heç kim uduzmaq istəmirdi. Yeni oyunçumuz da var, hələ uyğunlaşma prosesindədir. Oyuna yaxşı hazırlaşmışdıq. İstəyirdik ki, uğurlu nəticə qazanaq. Hər halda, "Gəncə" qrupun lider və güclü komandalarındandır. Bu görüşdə nə bacardıqsa, onu da etdik. Sadəcə, bəzən atışlar zamanı bəxtimiz də gətirmədi. Həmin anlarda atışlar dəqiq olsaydı, daha fərqli alınardı. Bir neçə epizodda səbətə düşə bilmədik. Sonda da uduzduq. Deyiləcək bir söz yoxdur. Bu oyunu analiz edib, qarşıdakı matça hazırlaşacağıq. Çalışacağıq ki, növbəti görüşdə qələbə qazanaq".
Qeyd edək ki, Gəncə İdman Sarayında keçirilən "Gəncə" - "Quba" görüşü meydan sahiblərinin 96:78 hesablı qələbəsi ilə bitib.
Oxşar xəbərlər
"Quba"nın baş məşqçisi: "Rəqibin heyətinin geniş olması öz işini gördü"
"Gəncə"nin baş məşqçisi: "Quba" ilə matçda nəzarəti əvvəldən sona kimi əlimizdə saxladıq"
"Gəncə"nin baş məşqçisi: "Yaxşı mübarizə apardıq"
"Quba"nın baş məşqçisi: "Bu gün oyuna qələbə üçün çıxacağıq"
"Quba"nın baş məşqçisi: "Əvvəlki oyunlardakı ssenari yenə davam etdi"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

