"Quba"nın baş məşqçisi: "Bu gün oyuna qələbə üçün çıxacağıq"
Bu gün oyuna qələbə üçün çıxacağıq.
"Report" xəbər verir ki, bunu "Quba"nın baş məşqçisi Şəhriyar Əsgərov Azərbaycan Basketbol Liqasının X turunda bu gün "Ordu"ya qarşı keçirəcəkləri matçdan öncə klubun mətbuat xidmətinə açıqlamasında bildirib.
Mütəxəssis qələbə qazanmaq istədiklərini deyib.
"Bu gün oyuna qələbə üçün çıxacağıq. Komandalar heyətlərini gücləndirib. Hər bir komanda özünün çatışmayan cəhətini düzəltməyə çalışıb. Yəqin ki, "Ordu" da bu müddətdən istifadə edib və heyətinə yeni oyunçular qatıb. Bu gün qələbə qazanmaq istəyirik. Oyun hər şeyi göstərəcək".
O, heyətlərini lazımi qədər genişləndirə bilmədiklərini vurğulayıb:
"Qrupumuzda üç hakimyətlilik davam edir. "Şəki", "Gəncə" və biz bir oyun az keçirmişik. "Ordu"nun "Gəncə" üzərində qələbəsi də var, amma bunu sensasiya saymıram. Çünki "Gəncə" deyildiyi kimi güclü komanda deyil. Biz o komanda ilə üç hissə bərabər səviyyədə mübarizəa apardıq. Sadəcə sonda oyunçuların yorğunluğu öz sözünü dedi. Onların heyəti isə genişdir, rotasiya edə bilirlər. Bizdə bu sarıdan yenə problem ortaya çıxa bilər. Çünki heyətimizi genişləndirə bilməmişik. Yalnız Fikrət Ələkbərovu transfer etmişik. Onun komandaya gəlişi işimizi xeyli asanlaşdıracaq. O, sevdiyim, çox yaxşı və ağıllı oyunçudur. Komandadakı çatışmazlığı Fikrətin gəlişi ilə də aradan qaldırmağa çalışacağıq".
Məşqçi uzun fasilələrin bəzən oyuna təsir etdiyini də söyləyib:
"Sözün düzü bu cür uzun fasilələr bəzən oyun ritminə də təsir edir. Amma bu labüd idi, olmalıydı. Hansı komanda bu tətildən yaxşı istifadə edə bilibsə, qalib gələcək. Çempionatın növbəti mərhələsinin daha maraqlı olacağını düşünürəm. Sözsüz ki, biz də liderlik üçün çalışacağıq. Heyətimiz pis deyil. Müəyyən uğurlar qazanmaq üçün mübarizə aparacağıq".
Qeyd edək ki, "Sərhədçi" İdman Mərkəzində baş tutacaq "Ordu" - "Quba" matçının start fiti saat 16:30-da səsləndiriləcək.


width="220" alt=""Lənkəran"ın kapitanı: "Hər oyuna qələbə üçün çıxırıq"" />
alt="Ukraynada qələbə planı: “Zelenskiyə bütün meydanlarda abidə qoyulacaq” – nüfuzlu deputatdan sensasiyalı bəyanat" />
alt="Bu ölkənin viza qiyməti artdı" />
alt="Baydenin imzaladığı bu sənədlər ləğv ediləcək - Tramp" />
alt="Dieqo Maradona barədə cizgi serialı çəkiləcək" />
alt="Baş nazir: "Türkiyədəki 870 MVt-lıq elektrik stansiyasının alqı-satqısına dair sənəd imzalanacaq"">
alt="Milli Məclis Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılmasını son oxunuşda qəbul edib">
alt="Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir">
alt="Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfərə gəlib">
width="290" alt="Sahibə Qafarova: Avropa Parlamenti beynəlxalq hüququn prinsiplərinə zidd olan qərəzli praktikasını davam etdirib" />
width="290" alt="Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib" />
width="290" alt="Milli Məclisin bugünkü iclasının gündəliyi dəyişib" />
width="290" alt="Leyla Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi" />
width="290" alt="Alyona Əliyeva: "Heydər Əliyevin anım günündə onun xalqımız üçün gördüyü misilsiz xidmətləri dərin ehtiramla yad edirik"" />
width="290" alt="Prezident İlham Əliyev Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib" />