Qurban Qurbanov: Futbolçularım karyeralarının ən yaxşı oyununu göstərməlidirlər
Futbolçularım karyeralarının ən yaxşı oyununu göstərməlidirlər.
"Sizinxeber.az" xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Xorvatiya təmsilçisi "Dinamo"ya (Zaqreb) qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunundan öncə baş tutan mətbuat konfransında deyib.
52 yaşlı mütəxəssis sabah vacib oyuna çıxacaqlarını bildirib:
"Qarşılaşmanın mahiyyəti bəllidir. Bizim üçün olduqca vacib oyundur. Hesabda geridə olsaq da, əsas mərhələyə vəsiqə qazanmaq şansımız var. İnamımız böyükdür, yaxşı hazırlaşmışıq. Çalışacağıq ki, azarkeşlərimiz görüşdən narazı qalmasınlar. Matça final oyunu kimi hazırlaşmışıq. Rəqibimizi yaxşı tanıyırıq, güclü komandadır. Futbolçularım karyeralarının ən yaxşı oyununu göstərməlidirlər".
Qeyd edək ki, avqustun 20-də Zaqrebdəki "Maksimir" stadionunda baş tutan "Dinamo" - "Qarabağ" matçı meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Tərəflər arasında cavab görüşü avqustun 28-də, saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.
Oxşar xəbərlər
Qurban Qurbanov: Buraxdığımız üçüncü qol artıq oldu [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qurban Qurbanov: Çox istəyirik ki, qrup mərhələsinə vəsiqə əldə edək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qurban Qurbanov: "Sabah meydanda əlimizdən gələni etməyə çalışacağıq" - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Dinamo"nun iki futbolçusu "Qarabağ"la cavab oyununu buraxa bilər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qurban Qurbanov: Çox vacib matça çıxacağıq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












