"Şəki"nin baş məşqçisi: "Bu gün tamamilə diqqətimizi müdafiəyə yönəltmişdik"
sizinxeber.az xəbər saytı

"Şəki"nin baş məşqçisi: "Bu gün tamamilə diqqətimizi müdafiəyə yönəltmişdik"


Bu gün tamamilə diqqətimizi müdafiəyə yönəltmişdik.

"Report" xəbər verir ki, bunu "Şəki"ın baş məşqçisi Bedri Meriç "Gəncə"yə qarşı Azərbaycan Basketbol Liqasının IX turunun təxirə salınmış oyunundan sonra deyib.

Mütəxəssis klubun mətbuat xidmətinə açıqlamasında qələbəyə görə sevincli olduqlarını bildirib:

"Bu gün tamamilə diqqətimizi müdafiəyə yönəltmişdik. "Gəncə" ilə ilk oyunumuzdakı səhvləri xatırlayırdıq. Həmin matçda vacib 2 oyunçumuzun zədələnməsi nəticəsində uduzmuşduq. Bu dəfə isə tam heyətlə meydana çıxmışdıq və qələbə qazandıq. Qrupda lider olmağımız motivasiya baxımından önəmlidir. Lider kimi başa vurduğumuzdan, kubok matçlarında 1/4 finaldan başlayacağıq. Ona görə də bu qələbə çox vacib idi. Oyunçularımı qələbə münasibətilə təbrik edirəm".

Qeyd edək ki, "Şəki" - "Gəncə" qarşılaşması birincilərin 72:66 hesablı qələbəsi ilə yekunlaşıb.

Oxşar xəbərlər

"Şəki"nin baş məşqçisi: "Hakimlərin basketbolçumuzu oyundan çıxarması bizə motivasiya verdi"
Bedri Meriç: "Sumqayıt" üzərində qələbə qazanacağımıza çox inanırdıq"
"Naxçıvan"ın baş məşqçisi: "Birinci pillədə olmağa layiq komandayıq"
"Ordu"nun baş məşqçisi: "Sonuncu period olmasaydı, asanlıqla qələbə qazandığımızı deyə bilərdim"
"Naxçıvan"ın baş məşqçisi: "Bugünkü qələbə məni xoşbəxt etmədi"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər