sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
"Ordu"nun baş məşqçisi: "Sonuncu period olmasaydı, asanlıqla qələbə qazandığımızı deyə bilərdim"
Sonuncu period olmasaydı, asanlıqla qələbə qazandığımızı deyə bilərdim.
"Report"un məlumatına görə, bunu "Ordu"nun baş məşqçisi Alberto Blanko "Sumqayıt"a qarşı Azərbaycan Basketbol Liqasının VI turunun oyunundan sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib.
Təcrübəli mütəxəssis qələbə qazandıqları üçün sevincli olduqlarını bildirib:
“35 dəqiqə ərzində əla oyun göstərdik. Hücumda yüksək temp saxlayıb, yaxşı müdafiə olunurduq. Ancaq son 5 dəqiqədə zəif çıxış etdik. Həmin vaxt oyunçularım meydanda nə etdiklərini bilmirdilər. Bütün bunlara baxmayaraq komandamı təbrik edirəm".
Qeyd edək ki, "Ordu" - "Sumqayıt" qarşılaşması birincilərin 115:81 hesablı qələbəsi ilə yekunlaşıb.
Oxşar xəbərlər
"Ordu"nun baş məşqçisi: "Lənkəran"la oyuna dönüş nöqtəsi kimi baxırdıq"
Rimas Kurtinaytis: "Xarakter göstərən bütün oyunçularıma təşəkkür edirəm"
"Ordu"nun baş məşqçisi: "Mən səhvlərin üzərində çox dayanan biriyəm"
"Naxçıvan"ın baş məşqçisi: "Bugünkü qələbə məni xoşbəxt etmədi"
"Gəncə"nin baş məşqçisisi: "Ordu" ilə oyun daha yaxşı işlər görə biləcəyimizi göstərdi"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin











