"Naxçıvan"ın baş məşqçisi: "Birinci pillədə olmağa layiq komandayıq"
Birinci pillədə olmağa layiq komandayıq.
"Sizinxeber.az" xəbər verir ki, bunu "Naxçıvan"ın baş məşqçisi Murat Dikmen "Abşeron"a qarşı Azərbaycan Basketbol Liqasının IX turunun təxirə salınmış oyunundan sonra deyib.
Klubun mətbuat xidmətinə açıqlamasında mütəxəssis qələbəyə görə sevincli olduqlarını bildirib:
"Hər şeydən əvvəl "Abşeron"u təbrik edirəm. Həqiqətən yaxşı mübarizə apardılar. Onların bu mövsümkü missiyası gəncləri yetişdirmək, həm də çempionatda yaxşı oyun sərgiləməkdir. Bunu da bacarırlar. Rəqib komandanın baş məşqçisi Erhan Tokeri və kollektivini təbrik edirəm. Bu gün turnir cədvəlində lider mövqeyindəyik. Birinci pillədə olmağa layiq komandayıq. İlk yarıda həqiqətən yaxşı basketbol oynadıq. Amma sevincimizi bu gün yaşayacağıq, sabahdan etibarən növbəti həftə oynayacağımız "Neftçi" matçına hazırlaşacağıq. Önəmli olan ilk yarını yox, mövsümün sonunu lider bitirməkdir. İkinci yarıda kubok və pley-off görüşləri də var".
Qeyd edək ki, "Naxçıvan" - "Abşeron" qarşılaşması birincilərin 102:82 hesablı qələbəsi ilə yekunlaşıb.
Oxşar xəbərlər
"Naxçıvan"ın baş məşqçisi: "Bugünkü qələbə məni xoşbəxt etmədi"
"Naxçıvan"ın baş məşqçisi: "Rəqibimiz bu gün bizi yaxşı təhlil etmişdi"
"Naxçıvan"ın baş məşqçisi: "Basketbolçularımız möhtəşəm oyun nümayiş etdirdilər"
"Naxçıvan"ın baş məşqçisi: "Neftçi"nin uğur qazanmasına imkan vermədik"
"Abşeron"un baş məşqçisi: "Təəssüf ki, bugünkü məğlubiyyət çox acı idi"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin











