Azərbaycan Basketbol Liqasında VIII tura yekun vurulur
Azərbaycan Basketbol Liqasında VIII tura bu gün yekun vurulacaq.
"Sizinxeber.az"un məlumatına görə, son olaraq iki oyun keçiriləcək.
"Gəncə" doğma meydanda "Ordu"nu qəbul edəcək. Qarşılaşma saat 14:00-da start götürəcək. Meydan sahibləri B qrupunda 13 xalla liderdir, qonaqlar 11 xalla üçüncü pillədə qərarlaşıb.
Tur Sumqayıtda başa çatacaq. Şəhərin eyniadlı komandası "Şəki" ilə üz-üzə gələcək. Bu görüş saat 17:00-da başlayacaq. "Gənclik şəhəri" təmsilçisi B qrupunda 9 xalla sonuncu-altıncı sıradadır. "Şəki" 12 xalla ikincidir.
Qeyd edək ki, VIII turun əvvəlki oyunlarında "Neftçi" NTD-ni (81:68), "Sərhədçi" "Naxçıvan"ı (86:65), "Sabah" "Abşeron"u (94:71), "Quba" isə "Lənkəran"ı (89:60) məğlub edib.
Oxşar xəbərlər
Azərbaycan Basketbol Liqasında IV tura yekun vurulur
Azərbaycan Basketbol Liqası: II tura bu gün yekun vurulacaq
Azərbaycan Basketbol Liqasında V tura yekun vurulacaq
Azərbaycan Basketbol Liqasında VII tura bu gün start veriləcək
Azərbaycan Basketbol Liqasında VI turun daha bir oyunu baş tutacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin











