Latviyalı basketbolçu Moskvada ölü tapılıb
Rusiyalı müğənni Anna Sedakovanın keçmiş həyat yoldaşı olan basketbolçu Yanis Timma Moskvada ölü tapılıb.
"Sizinxeber.az" xarici KİV-ə istinadən xəbər verir ki, onun ölümünə kəskin tənəffüs çatışmazlığı (asfiksiya) səbəb olub.
2020-ci ildə ailə quran cütlük bu il dekabrın 9-da nikahlarını ləğv etmişdi. Ölümündən bir qədər əvvəl basketbolçu sosial şəbəkələrdə arxiv videosunu paylaşaraq keçmiş həyat yoldaşını ad günü münasibətilə təbrik edib.
32 yaşlı basketbolçunun cəsədi qaldığı oteldə aşkarlanıb. Yaxın vaxtlarda ekspertlər idmançının qanında qadağan olunmuş maddələrin olub-olmadığını təhlil edəcəklər.
Qeyd edək ki, müğənni və basketbolçu bir neçə il Moskvada birlikdə yaşayıb. Daha sonra Y.Timma NBA İnkişaf Liqasına keçib. Latviyalı idmançı ardından Türkiyənin "Darüşşafaka" və İspaniyanın "Obradoyro" klublarına transfer olunub.
Oxşar xəbərlər
"Ordu" klubu ispaniyalı basketbolçu ilə güclənib
"Sumqayıt" kanadalı basketbolçu transfer edib
NTD heyətini ABŞ-dən olan basketbolçu ilə gücləndirib
Azərbaycan klubu yeni basketbolçu transfer edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mehdiyev qızının ölümü ilə bağlı ilginc detalları açdı
-
Malhar Pendse: "Azərbaycan "Airbus" üçün vacib müştəridir"
-
Airbus: Azərbaycan bizim üçün strateji əhəmiyyətə malik ölkədir
-
AZAL üçün ilk "A321neo" təyyarəsi bu gün təhvil veriləcək - FOTO
-
Süni intellekt yaxın aylarda istənilən müdafiəni sındıra biləcək
-
Türkiyənin iki vilayətində naməlum pilotsuz uçuş aparatları aşkarlanıb
