"Kür" komandasınıın oyunçusu: "İnanıram ki, sabahkı oyunda məğlubiyyətin əvəzini çıxacağıq"
İnanıram ki, sabahkı oyunda məğlubiyyətin əvəzini çıxacağıq.
"Sizinxeber.az"un Mingəçevirə ezam olunan əməkdaşı xəbər verir ki, bunu Azərbaycanın kişi həndbolçulardan ibarət "Kür" komandasınıın oyunçusu Ramazan Muradov Avropa Kubokunun III mərhələsində İslandiya təmsilçisi “Haukar” ilə ilk oyundan sonra jurnalistlərə açıqlamasında bildirib.
Həndbolçu 25:30 hesablı məğlubiyyəti şərh edib:
"Təəssüf ki, bu gün istədiyimiz alınmadı. Baş məşqçinin tapşırıqlarını tam yerinə yetirə bilmədik. Bu səbəbdən də məğlub olduq. Amma inanıram ki, sabahkı oyunda məğlubiyyətin əvəzini çıxacağıq".
Qeyd edək ki, komandalar arasında cavab oyunu da sabah Mingəçevirdəki "Kür" Olimpiya Tədris-İdman Mərkəzində baş tutacaq
Oxşar xəbərlər
"Kür"ün kapitanı: "Bu mənim üçün Avropa Kubokunda ilk qələbədir"
Avropa Kuboku: "Kür" komandası ilk oyunda qələbə qazanıb
Avropa Kuboku: Azərbaycan komandası ikinci oyunda qələbə qazanıb
Fernandu Santuş: "Sabahkı oyunda Bədavini kapitan kimi düşünürəm"
Avropa Kuboku: "Kür" İslandiya klubu ilə üz-üzə gələcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













