Avropa Kuboku: "Kür" komandası bu gün ikinci matçını keçirəcək
sizinxeber.az xəbər saytı

Avropa Kuboku: "Kür" komandası bu gün ikinci matçını keçirəcək


Azərbaycanın kişi həndbolçulardan ibarət "Kür" komandası bu gün Avropa Kubokunda ikinci matçını keçirəcək.

“Sizinxeber.az”un Mingəçevirə ezam olunan əməkdaşı xəbər verir ki, II mərhələdən yarışa qoşulan təmsilçimiz Kiprin “Parnassos Strovolu” komandası ilə cavab oyununa çıxacaq.

Kür Olimpiya Tədris-İdman Mərkəzində, xorvatiyalı hakimlər Stefan Berdiç və Filip Sorakın idarəçiliyi ilə keçiriləcək görüşün start fiti saat 17:00-da səsləndiriləcək.

Qeyd edək ki, dünən baş tutan ilk görüşdə Azərbaycan komandası 35:31 hesablı qələbə qazanıb.

Oxşar xəbərlər

Avropa Kuboku: “Kür” komandası bu gün mübarizəyə başlayır
Azərbaycanın “Kür” komandası Avropa Kubokunda mübarizəyə başlayır
Avropa Kuboku: "Kür" komandası ilk oyunda qələbə qazanıb
Avropa Kuboku: Azərbaycanın həndbol klublarının oyunlarının proqramı açıqlanıb
"Kür"ün kapitanı: "Bu mənim üçün Avropa Kubokunda ilk qələbədir"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər