"Ordu"nun baş məşqçisi: "Mən səhvlərin üzərində çox dayanan biriyəm"
Mən səhvlərin üzərində çox dayanan məşqçiyəm və onların tez bir zamanda aradan qaldırılmasını istəyirəm.
"Sizinxeber.az"un məlumatına görə, bunu "Ordu" basketbol klubunun baş məşqçisi Alberto Blanko "Şəki"yə qarşı Azərbaycan Basketbol Liqasının II turunun görüşündən sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib.
Mütəxəssis yaxşı oyun sərgilədiklərini bildirib:
“Birinci hissəni çox yaxşı oynadıq. İkinci periodda da işlər pis getmirdi. Yalnız 3-cü hissə xoşuma gəlmədi. Çünki ilk 2 hissədəki kimi oynaya bilmədik. Bəzi məqamlarda rəqibdən geri qalırdıq. İstəyirəm ki, hər zaman bu günkü oyunun ilk periodlarındakı kimi çıxış edək. Mən səhvlərin üzərində çox dayanan məşqçiyəm və onların tez bir zamanda aradan qaldırılmasını istəyirəm. Bütün diqqətimizi öz inkişafımıza yönəltməliyik".
Qeyd edək ki, "Ordu" - "Şəki" qarşılaşması birincilərin 104:84 hesablı qələbəsi ilə yekunlaşıb.
Oxşar xəbərlər
"Naxçıvan"ın baş məşqçisi: "Bugünkü qələbə məni xoşbəxt etmədi"
NTD klubunun baş məşqçisi: "Qalib gəlsəydik, hər şeydən razı qalardım"
Azərbaycan klubunun basketbolçusu: "Daha yaxşı olmaq üçün üzərimizdə işləməliyik"
Azərbaycan Basketbol Liqasında II turun növbəti oyunu reallaşıb
"Sərhədçi"nin baş məşqçisi komandanın hazırlığını dəyərləndirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin











