Rimas Kurtinaytis: "Adi epizodlarda top itkilərinə yol verdik"
sizinxeber.az xəbər saytı

Rimas Kurtinaytis: "Adi epizodlarda top itkilərinə yol verdik"


Adi epizodlarda top itkilərinə yol verdik.

"Sizinxeber.az" xəbər verir ki, bunu "Sabah" basketbol klubunun baş məşqçisi Rimas Kurtinaytis "Norrçepinq Dolfins"ə qarşı keçirdikləri FIBA Avropa Kubokunun oyunundan sonra baş tutan mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis məğlub olduqları görüş barədə danışıb:

"Sona kimi mübarizə apardıq. Lakin təəssüf ki, digər oyunlarda olduğu kimi sonluğu gətirə bilmədik. Matçın sonlarında ekstra nələrsə etmək lazım olanda bunu bacarmırıq. Adi epizodlarda top itkilərinə yol verdik. Görüşdən öncə oyunçulara dedim ki, biz nə qədər yaxşı müdafiə olunsaq da, qələbə üçün bu qarşılaşmada bizə 80 xal yığmaq lazımdır. İstənilən halda bundan sonra da hər qarşılaşmaya qələbə üçün çıxacağıq. DeAndrenin yoxluğu hiss olunurdu. O, bizim ən çox xal qazanan basketbolçumuzdur".

Qeyd edək ki, "Sabah" - "Norrçepinq Dolfins" qarşılaşması qonaqların 74:70 hesablı qələbəsi ilə başa çatıb.

Oxşar xəbərlər

"Sabah"ın baş məşqçisi: Biz artıq Avropa basketbol ailəsinin üzvünə çevrilmişik
FIBA Avropa Kuboku: "Sabah"ın sonuncu rəqibi və oyunlarının təqvimi dəqiqləşib
"Sabah"ın basketbolçusu: "İsveç komandasına qalib gələ biləcək səviyyədəyik"
"Sabah" FIBA Avropa Kubokunda növbəti oyununu keçirib
Çempionlar Liqası: "Sabah" basketbol komandası İsveç təmsilçisi ilə qarşılaşıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle