Avropa Kuboku: "Azərreyl"in kişi və qadınlardan ibarət komandaları bu gün final matçını keçirəcək
Fransanın Monpelye şəhərində keçirilən çimərlik voleybolu üzrə klublararası Avropa Kubokunda ölkəmizi təmsil edən “Azerreyl” klubunun həm qadınlardan, həm də kişilərdən ibarət komandaları bu gün final matçını keçirəcək.
"Sizinxeber.az" xəbər verir ki, qadınlardan ibarət komanda Ukraynanın “Sunrise Beach Spors Academy" klubu ilə görüşəcək.
Bu oyunlar Bakı vaxtı ilə saat 16:15 və 17:00-da başlayacaq.
"Azərreyl"in kişilərdən ibarət komandası isə İspaniya təmsilçisi "CVP Poniente Benidorm Alicante" ilə görüşəcək. Bu qarşılaşmalara Bakı vaxtı ilə saat 16:30 və 19:15-də start veriləcək.
Qeyd edək ki, "Azərreyl"in qadınlardan ibarət komandası yarımfinalda Macarıstan təmsilçisi "Edra Tata"nı məğlub edib. Kişilərdən ibarət komanda isə Fransa təmsilçisi "Montpellier Beach Volley"dən üstün olub.
Oxşar xəbərlər
Avropa Kuboku: Azərbaycan komandası Fransa təmsilçisini məğlub edib
Avropa Kuboku: “Azərreyl” 1/4 finalda Türkiyə təmsilçisi ilə üz-üzə gələcək
Avropa Kuboku: Azərbaycanın kişilərdən ibarət millisi mübarizəyə başlayır
Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan milliləri III turun görüşlərini keçirəcək
Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan milliləri IV turun görüşlərini keçirəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Uruqvay - Kabo Verde oyununda hesab yenidən bərabərləşib - YENİLƏNİR-6
-
"Axios" ABŞ və İran arasında İsveçrədə keçirilən danışıqların təfərrüatlarını açıqlayıb
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
-
Darren Beyzli: "Misirlə matçın ilk hissəsində yaxşı oynadıq"
-
DÇ-2026: Belçika millisi İranla heç-heçə edib
-
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
