Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan milliləri IV turun görüşlərini keçirəcək
Azərbaycanın kişilərdən və qadınlardan ibarət milliləri Macarıstanın paytaxtı Budapeştdə təşkil olunan 45-ci Ümumdünya Şahmat Olimpiadasında bu gün IV turun görüşlərini keçirəcək.
"Sizinxeber.az"un məlumatına görə, kişilərdən ibarət yığma Monteneqro ilə qarşılaşacaq.
Qadınlardan ibarət milli isə Sloveniya ilə üz-üzə gələcək.
Qeyd edək ki, kişilərdən ibarət yığmamız buna qədər İordaniya (3,5:0,5), Finlandiya (3,5:0,5) və Moldovanı (3:1) məğlub edib. Qadınlardan ibarət komandamız isə Nikaraqua (4:0) və Avstraliyadan (3:1) üstün olub, Argentina ilə heç-heçə edib. (2:2)
Teymur Rəcəbovun kapitanı olduğu kişilərdən ibarət millidə Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Nicat Abasov, Aydın Süleymanlı və Məhəmməd Muradlı yer alıblar.
Kapitanı Mixail Şereşevski olan qadınlardan ibarət kollektiv isə Günay Məmmədzadə, Gövhər Beydullayeva, Xanım Balacayeva, Ülviyyə Fətəliyeva və Gülnar Məmmədovadan ibarətdir.
Oxşar xəbərlər
Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan milliləri III turun görüşlərini keçirəcək
Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan milliləri növbəti görüşlərini keçirəcək
Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan milliləri mübarizəyə başlayır
Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan şahmatçısı yarışa qələbə ilə başlayıb
Ümumdünya Şahmat Olimpiadası: Azərbaycanın kişilərdən ibarət yığması qalib gəlib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ-li konqresmendən Xameneiyə xəbərdarlıq: "Nə qədər ki, imkan var, İranı tərk et"
-
Ölkədə bəzi ərazilərdə qar yağacağı gözlənilir - XƏBƏRDARLIQ
-
Cəlilabad Rayon İcra Hakimiyyətində kadr dəyişikliyi olub
-
Gündə dörd milyard dollar: ABŞ-nin Venesuela neftinə nəzarət üçün iddialı planı
-
Xamenei müraciət yaydı: Tramp devriləcək!
-
Xamenei: "İslam Respublikası etirazlar qarşısında geri çəkilməyəcək"












