Kamran Məmmədov: "Baş məşqçinin tapşırıqlarını düzgün yerinə yetirərək Azərbaycan çempionu olduq"
sizinxeber.az xəbər saytı

Kamran Məmmədov: "Baş məşqçinin tapşırıqlarını düzgün yerinə yetirərək Azərbaycan çempionu olduq"


"Sabah" baş məşqçi Rimas Kurtinaytisin tapşırıqlarını düzgün yerinə yetirdiyi üçün Azərbaycan Basketbol Liqasında çempion olub.

Bunu "Sizinxeber.az"a açıqlamasında "Sabah"ın basketbolçusu Kamran Məmmədov deyib.

O, arxada qalan mövsümün çətin keçdiyini bildirib:

"Düşünürəm ki, final seriyasının "Abşeron Lions"a qarşı üçüncü oyununa yaxşı başladıq. Gərgin mübarizə şəraitində keçən matçı yaxşı sonluqla bitirə bildik. Rəqibin heyətində zədəli basketbolçular var idi və bu məqamdan maksimum yararlandıq. Həm bu görüşdə, həm də mövsüm boyu baş məşqçimiz Rimas Kurtinaytisin tapşırıqlarını düzgün yerinə yetirərək çempion olduq. Bizi dəstəkləyən azarkeşlərimizə təşəkkür edirəm".

Qeyd edək ki, Azərbaycan Basketbol Liqasının final seriyasının hər üç oyununda "Abşeron Lions"u məğlub edən (98:93, 112:84, 108:95) "Sabah" 2025/2026 mövsümünün çempionu olub.

Oxşar xəbərlər

Rimas Kurtinaytis: "Çətin mövsümü arxada qoyduq, çempionluğumuza çox sevinirik"
Rimas Kurtinaytis: "Çətin mövsümü arxada qoyduq, bugünkü çempionluğumuza çox sevinirik"
"Sabah" Azərbaycan Basketbol Liqasının final seriyasında ikinci qələbəsini qazanıb
Azərbaycan Basketbol Liqasında final seriyasının ikinci oyunu keçiriləcək
Azərbaycan Basketbol Liqası: Final seriyasının ikinci matçında "Sabah" "Neftçi"ni məğlub edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər