Rimas Kurtinaytis: "Çətin mövsümü arxada qoyduq, çempionluğumuza çox sevinirik"
sizinxeber.az xəbər saytı

Rimas Kurtinaytis: "Çətin mövsümü arxada qoyduq, çempionluğumuza çox sevinirik"


"Sabah" basketbol klubu çətin mövsümü arxada qoyaraq uğur qazanıb.

"Sizinxeber.az" xəbər verir ki, bunu komandanın baş məşqçisi Rimas Kurtinaytis jurnalistlərə açıqlamasında deyib.

Mütəxəssiz Azərbaycan Basketbol Liqasında "Abşeron Lions"a qarşı keçirilən final seriyasının üçüncü oyunundan sonra çempionliq təəssüratlarını bölüşüb:

"Abşeron Lions" komandasının da haqqını vermək lazımdır. Onlar sona qədər mübarizə apardılar. Baxmayaraq ki, heyətlərində zədəli oyunçular var idi. Çətin mövsümü arxada qoyduq, bugünkü uğurumuza çox sevinirik. Çempionlar Liqasında iştirak etmək hüququ qazanmışıq, növbəti oyunlarımız necə olacaq, bunu zaman göstərəcək".

Qeyd edək ki, final seriyasının hər üç oyununda qələbə qazanan (98:93, 112:84, 108:95) "Sabah" 2025/2026 mövsümünün çempionu olub.

Oxşar xəbərlər

Rimas Kurtinaytis: "Çətin mövsümü arxada qoyduq, bugünkü çempionluğumuza çox sevinirik"
"Sabah" Azərbaycan Basketbol Liqasının final seriyasında ikinci qələbəsini qazanıb
Azərbaycan Basketbol Liqasında final seriyasının ikinci oyunu keçiriləcək
"Sabah"ın baş məşqçisi Rimas Kurtinaytis: "Gəncə" ilə oyun çətin olsa da ruhdan düşmədik"
"Abşeron Lions"un baş məşqçisi Erhan Toker: "Sabah"a qarşı üç qələbə qazanmaq çətin olacaq"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər