Azərbaycan çempionatında bazar dəyəri yüksək olan futbolçular bəlli olub
Misli Premyer Liqasında bazar dəyəri ən yüksək olan futbolçular müəyyənləşib.
"Report"un məlumatına görə, "Transfermarkt" portalı Azərbaycan çempionatında çıxış edən oyunçuların yeni qiymətlərini açıqlayıb.
"Qarabağ"ın legioneri Leandro Andradenin dəyəri 500 min avro artaraq komanda yoldaşı Kadi Borgesə çatıb. Hər iki oyunçunun qiyməti 2,5 milyon avro göstərilib.
İlk "3-lüy"u Ağdam təmsilçisində çıxış edən Azərbaycan millisinin hücumçusu Nəriman Axundzadə (2 milyon avro) qapayır. O, 200 min avro artımla bu mövqedəki yerini möhkəmləndirib. Forvard həm də Premyer Liqanın ən bahalı yerli futbolçusudur.
Növbəti pillələrdə "Qarabağ"dan Aleksey Kaşuk (1,8 milyon avro, dəyişməyib), Mateuş Koxalski (1,5 milyon avro, dəyişməyib), Toral Bayramov (1,5 milyon avro, 300 min avro artıb), Yassin Benzia (1,2 milyon avro, dəyişməyib), Elvin Cəfərquliyev (1,2 milyon avro, 300 min avro artıb), Emmanuel Addai (1,2 milyon avro, dəyişməyib) və "Zirə"dən Salifu Suma (1,2 milyon avro, 350 min avro artım) qərarlaşıb.
Oxşar xəbərlər
Azərbaycan çempionatında bazar dəyəri yüksək olan futbolçular açıqlanıb
Azərbaycan millisinin futbolçularının əksəriyyətinin bazar dəyəri qalxıb - SİYAHI
Lamin Yamal "Transfermarkt"ın ən bahalı futbolçusu olub
Azərbaycan çempionatının ən bahalı futbolçuları açıqlandı - Siyahı
Almaniya Bundesliqasında ən çox maaş alan futbolçuların siyahısı açıqlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Pezeşkian: "İran hökuməti xalqın səsini eşitməyə və islahatlar keçirməyə hazırdır"
-
İranda etirazlar davam edir: Kinorejissor və general öldürüldülər
-
İran polisi Luristanda iğtişaşların 100-dən çox iştirakçısını saxlayıb
-
İranda 60 saatdan çoxdur ki, internet yoxdur
-
KİV: İrandakı etirazlarda ölənlərin sayı 544-ə çatıb
-
Rza Pəhləvi İrandakı etirazlar fonunda beynəlxalq dəstəyin tezliklə çatacağını bildirib












