Azərbaycan çempionatında bazar dəyəri yüksək olan futbolçular açıqlanıb
Misli Premyer Liqasında bazar dəyəri ən yüksək olan futbolçuların siyahısı yenilənib.
"Report" xəbər verir ki, bu barədə "Transfermarkt” onlayn portalı məlumat yayıb.
"10-luğ"un ilk 8 pilləsində "Qarabağ"ın üzvləri yer alıblar. Leandro Andrade (qiyməti yüksəlib) və Olavio Juninyo 2 milyon avro ilə 1-2-ci pillələri bölüşdürürlər.
Azərbaycan millisinin üzvü Nəriman Axundzadənin qiyməti 1,8 milyon avroya yüksəlib. O, Ağdam təmsilçisindəki komanda yoldaşı Aleksey Kaşukla birlikdə 3-4-cü sıralardadır. Ölkə çempionunun qapıçısı Mateuş Koxalski 1,5 milyon avro ilə beşincidir.
Emmanuel Addai və Toral Bayramovun da bazar dəyəri qalxıb. Onlar Yassin Benzia ilə birlikdə 1,2 milyon avro qiymətləndiriliblər və müvafiq olaraq 6, 7 və 8-ci yerdədirlər.
"Sabah"dan Pavol Safranko 1 milyon avro ilə doqquzuncudur. "Neftçi"də çıxış edən və qiyməti düşən Yuri Matiasın da bazar dəyəri 1 milyon avro göstərilib.
Oxşar xəbərlər
Azərbaycan çempionatının ən bahalı futbolçuları açıqlandı - Siyahı
Almaniya Bundesliqasında ən çox maaş alan futbolçuların siyahısı açıqlanıb
Mbappe Afrika Kubokunda oynaya biləcək ən bahalı futbolçuların lideridir
"Dinamo Zaqreb"ə məğlubiyyətlə "Qarabağ" hansı məbləğdən məhrum oldu?
UEFA "Qarabağ"a 1,5 milyon avrodan çox ödəniş edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ-li konqresmendən Xameneiyə xəbərdarlıq: "Nə qədər ki, imkan var, İranı tərk et"
-
İranda etirazlar səngimir: Etirazçılara atəş açılıb, ölənlərin sayı artır
-
Xamenei müraciət yaydı: Tramp devriləcək!
-
Xamenei: "İslam Respublikası etirazlar qarşısında geri çəkilməyəcək"
-
Tehran prokuroru İrandakı etirazçıları edam cəzası ilə hədələdi
-
Təhsil sənədlərinin "mygov" üzərindən rəqəmsal təqdim olunması artıq tam hüquqi qüvvəyə malikdir












