Azərbaycan millisinin müdafiəçisi: "Macarıstana qarşı layiqli mübarizə aparmağa çalışacağıq"
sizinxeber.az xəbər saytı

Azərbaycan millisinin müdafiəçisi: "Macarıstana qarşı layiqli mübarizə aparmağa çalışacağıq"


Macarıstana qarşı layiqli mübarizə aparmağa çalışacağıq.

"Sizinxeber.az"un məlumatına görə, bunu Azərbaycan millisinin müdafiəçisi Bəhlul Mustafazadə Macarıstan yığmasına qarşı keçirəcəkləri yoxlama görüşündən əvvəl mətbuat konfransında deyib.

"Qarabağ"ın futbolçusu qarşılaşmaya ciddi hazırlaşdıqlarını bildirib:

"Rəqib güclü komandadır. Onlara qarşı layiqli mübarizə aparmağa çalışacağıq. Bakıda oynadığımıza görə şansları 50/50 hesab edirəm. Əlimizdən gələni edəcəyik ki, baş məşqçi Fernandu Santuşun tapşırıqlarını yerinə yetirək".

Qeyd edək ki, Azərbaycan - Macarıstan oyunu sabah "Liv Bona Dea Arena"da, saat 20:00-da start götürəcək.

Oxşar xəbərlər

Fernandu Santuş: "İnanıram ki, yüksək motivasiya futbolçulara müsbət mənada təsir göstərəcək"
Elvin Cəfərquliyev: "Azarkeşlərimizi sevindirməyə çalışacağıq"
Emin Mahmudov: Çalışacağıq ki, İsveç üzərində qələbə qazanaq
Azərbaycan millisinin sabiq futbolçusu: "Uğursuzluq tilsimini Macarıstanla oyunda sındırmaq çətin olar"
Fernandu Santuş: "Çalışacağıq məşqçilər korpusunda Azərbaycan dilində göstərişlər verən məşqçi də yer alsın"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər