Devid Bekhem “Cəngavər” fəxri adına sahib olacaq
İngiltərə millisinin sabiq kapitanı Devid Bekhem “Cəngavər” fəxri adına sahib olacaq.
“Report” “The Sun”a xəbər verir ki, onun adı Kral III Çarlzın gələn həftə rəsmi şəkildə elan edəcəyi siyahıya daxil edilib.
Fəxri adların verilməsi ilə bağlı keçirilən mərasimdən sonra 50 yaşlı sabiq futbolçu "Ser Devid", onun həyat yoldaşı Viktoriya Bekhem isə "Ledi Bekhem" kimi tanınacaq.
Qərar təkcə D.Bekhemin idman uğurları ilə deyil, həm də ictimai fəaliyyəti ilə bağlıdır. O, UNICEF və Kral Fondunun səfiridir. Həmçinin uşaqların, səhiyyənin və ətraf mühitin qorunması proqramlarını dəstəkləyir.
Qeyd edək ki, keçmiş yarımmüdafiəçi 2003-cü ildə OBE mükafatına da layiq görülüb. “Cəngavər” Bekhemin indiyə qədər aldığı ən yüksək fəxri ad olacaq.
Oxşar xəbərlər
Devid Bekhem Mayamidə 80 milyon dollara malikanə alacaq
İngiltərə millisinin sabiq baş məşqçisinə cəngavər rütbəsi verilib
Harri Keyn İngiltərə millisində 100-dən artıq oyun keçirən onuncu futbolçu olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İlham Əliyev: "Bu gün yoxsulluğun və işsizliyin səviyyəsi təqribən 5 faiz təşkil edir"
-
Ağakərim Səmədzadə: "Azərbaycan ekoloji siyasəti iqtisadiyyatın bütün əsas sahələrinə inteqrasiya edir"
-
Cəlal Hüseynov: "Rumıniya klubuna keçidim karyeramda irəliyə atılan addımdır"
-
"İnter" Marko Palestra üçün "Atalanta"ya təklif göndərib
-
Neft Emalı Zavodunda yanğın başlayıb
-
Basqalda şəhid övladlarının "Zəfər" intellektual yay düşərgəsi keçirilib
